AZƏRBAYCAN BAYRAĞI EVERESTDƏ DALĞALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, ilk azərbaycanlı alpinist İsrafil Aşurlu mayın 19-da dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmişdir. Bununla da o, dünyanın bütün qitələrindəki 7 ən yüksək dağ zirvəsini fəth edən 9-cu alpinist olmuşdur. Azərbaycan Alpinizm Federasiyasının prezidenti Saridan Mursaqulov müxbirimizə bildirmişdir ki, “Alpİndustriya” şirkətinin “7 zirvə klubu” layihəsi çərçivəsində təşkil edilmiş beynəlxalq ekspedisiya martın axırlarında Tibetə yola düşmüşdü. 17 alpinist, dörd bələdçi və həkimdən ibarət ekspedisiyaya məşhur alpinist, idman ustası Aleksandr Abramov rəhbərlik edirdi. Ç
ox ciddi seçmə nəticəsində formalaşdırılmış ekspedisiyanın üzvlərindən biri də həmyerlimiz İsrafil Aşurlu idi. 11 il əvvəl yaradılmış “7 zirvə klubu” layihəsindən məqsəd dünyanın ən uca zirvələrini fəth etmək üçün ekspedisiyaların təşkilidir. Həmin layihə çərçivəsində beynəlxalq proqram da həyata keçirilir.
ox ciddi seçmə nəticəsində formalaşdırılmış ekspedisiyanın üzvlərindən biri də həmyerlimiz İsrafil Aşurlu idi. 11 il əvvəl yaradılmış “7 zirvə klubu” layihəsindən məqsəd dünyanın ən uca zirvələrini fəth etmək üçün ekspedisiyaların təşkilidir. Həmin layihə çərçivəsində beynəlxalq proqram da həyata keçirilir. İsrafil Aşurlu mayın 19-da Bakı vaxtı ilə saat 02.30 radələrində 7 nəfərdən ibarət qrupun tərkibində Everestin zirvəsinə birinci çatmış, ilk dəfə olaraq, Azərbaycan Respublikasının dövlət bayrağını dünyanın ən yüksək nöqtəsində dalğalandırmışdır.
Bakıdakı 6 nömrəli məktəbin məzunu olan İsrafil Aşurlu Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsini bitirmişdir.
O, indiyədək Avropada Elbrus, Şimali Amerikada Mak-Kinli, Cənubi Amerikada Akonkaqua, Afrikada Kilimancaro, Avstraliyada Kostsyuşko, Antarktidada Vinson zirvələrini və digər yüksəklikləri fəth etmişdir.
O, indiyədək Avropada Elbrus, Şimali Amerikada Mak-Kinli, Cənubi Amerikada Akonkaqua, Afrikada Kilimancaro, Avstraliyada Kostsyuşko, Antarktidada Vinson zirvələrini və digər yüksəklikləri fəth etmişdir.İsrafil Aşurlunun gələcək planları da maraqlıdır. O, keçmiş SSRİ məkanında hündürlüyü 7 min metr və daha çox olan zirvələri fəth etmiş alpinistlər üçün şərəfli ad olan “Qar bəbiri” adını qazanmaq niyyətindədir. Bundan ötrü Tyan-Şan dağ silsiləsindəki Xantenqri və Qələbə zirvələrini fəth etməlidir.
Deyirlər ki, dəniz cəsurları sevir, ancaq buz bağlamış sərt qayalı dağların zirvəsinə qalxmaq daha çox cəsarət tələb edir desək, yəqin ki, yanılmarıq. Əminik ki, cəsur həmvətənimiz yaxın gələcəkdə “Qar bəbiri” adını şərəflə daşıyacaqdır.