Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə qızıl və bürünc medalla başlayıblar
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Balabəy Ağayev (60 kiloqram) finalda son dünya çempionu Ryucu Naqayamanı (Yaponiya) məğlub edərək qızıl medala sahib çıxıb.
Nizami İmranov (66 kiloqram) isə üçüncü yer uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyekə qalib gələrək karyerasında ilk dəfə analoji yarışda mükafat əldə edib.
Qeyd edək ki, Azərbaycan iyunun 21-dək davam edəcək turnirdə 17 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]