Azərbaycan cüdoçuları Qran-Prinin ikinci gününü qızıl və bürünc medalla başa vurub
Bakı, 27 iyun, AZƏRTAC
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.
AZƏRTAC xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) bütün görüşlərdə inamlı çıxış edərək turnirin qalibi olub. Cüdoçumuz finalda Avstriya təmsilçisi Bernard Faşinqi üstələyərək karyerasında ilk dəfə Qran-Pri turnirində qızıl medal qazanıb.
Hidayət Heydərov (81 kiloqram) isə yeni çəki dərəcəsində ilk medalını əldə edib. Olimpiya çempionu bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Eqor Suxoparovu məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, turnirin ilk yarış günündə Əhməd Yusifov (60 kiloqram) bürünc medal qazanmışdı. Bununla da Azərbaycan millisi Sindao Qran-Prisinin ilk iki yarış gününü 1 qızıl və 2 bürünc medalla başa vurub. Millimiz ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq ikinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]