AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI QASTROL SƏFƏRİNDƏN QAYITMIŞDIR
AZƏRTAC Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, kollektiv iyunun 19-dan 24-dək Şirvan bölgəsində qastrol səfərində olmuşdur.
Teatrın aktyorları səfər çərçivəsində Göyçay, Ucar, Şamaxı, Ağsu, Ağdaş, Zərdab, Kürdəmir və İsmayıllı rayonlarında teatrsevərlər qarşısında uğurla çıxış etmişlər.
Bir həftəlik qastrol müddətində rayonların sakinlərinə xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyası əsasında rejissor, xalq artisti Rafiq Əliyevin quruluşunda eyni adlı tamaşa göstərilmişdir. Aktyorların oyunundan razı qaldıqlarını vurğulayan rayonların icra hakimiyyəti nümayəndələri bildirmişlər ki, belə görüşlər sakinlərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır, sənət adamları ilə tamaşaçıları yaxınlaşdırır.
Əsas rollarda çıxış edən xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, aktyorlardan Elnur Hüseynov, Günel Məmmədova, Atabala Səfərov, Vahid Əliyevi hərarət və sevgi ilə qarşılayan sakinlər teatr kollektivini yeni mövsümdə də gözləyəcəklərini bidirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]