Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda uğur qazanıb
Bakı, 21 avqust, AZƏRTAC
Dağıstan Respublikasının (Rusiya Federasiyası) Mahaçqala şəhərində X “Qorçı” Beynəlxalq Folklor və Milli Mədəniyyət Festivalı keçirilib. Rusiyanın Mədəniyyət Nazirliyi, V.D.Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Dağıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və UNESCO-nun himayəsi altında gerçəkləşən festivalda Rusiyanın müxtəlif vilayətlərindən professional rəqs kollektivləri canlı iştirak ediblər. Festivala, həmçinin Azərbaycan, Hindistan, İtaliya, İran, Meksika, Serbiya və Slovakiyanın folklor kollektivləri virtual şəkildə qatılıblar. Tədbir yerli televiziya kanalları və “YouTube” vasitəsilə yayımlanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda ölkəmizi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin şərtləri altında qısa vaxt ərzində ansamblın direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov, bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev və baletmeysteri, Əməkdar artist Ceyhun Qubadovun kollektivlə birgə gərgin əməyi sayəsində hazırlanan repertuar festivalda yüksək qiymətləndirilib. Ansamblın ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Rauf Hacıyevin “Azərbaycan”, habelə “Qavalla rəqs” və “Yallı” rəqsləri böyük maraq doğurub.
Ansambl xalqımızın etnomədəni irsinin qorunmasına və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə xüsusi diplomla təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]