AZƏRBAYCAN DÜNYANIN 89 ÖLKƏSİ İLƏ XARİCİ TİCARƏT ƏLAQƏSİ QURMUŞDUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda deyilir ki, respublikamızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bu ilin yanvar-fevral aylarında dünyanın 89 ölkəsi ilə ticarət əlaqəsi qurmuşdur. Həmin müddətdə xarici ticarət dövriyyəsinin ümumi həcmi 678,5 milyon ABŞ dolları, o cümlədən ixrac 252,8 milyon, idxal 425,7 milyon dollar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,4 faiz, o cümlədən ixrac 7,6 faiz, idxal isə 55,4 faiz artmışdır.
İxrac-idxal əməliyyatlarının 36,4 faizi Avropa Birliyi ölkələri, 31,6 faizi MDB dövlətləri, 32 faizi isə digər məmləkətlərlə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]