Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Əlcəzair münasibətləri: tarixi köklərdən strateji əməkdaşlığa

Azərbaycan-Əlcəzair münasibətləri: tarixi köklərdən strateji əməkdaşlığa

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan-Əlcəzair münasibətlərinin müasir mərhələsinin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası təşkil edir. 1994-cü ildə diplomatik əlaqələrin qurulması məhz bu uzaqgörən siyasətin nəticəsi olub. Ümummilli Lider tərəfindən müəyyən edilən balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu Azərbaycanın inkişaf etməkdə olan ölkələrlə, xüsusilə Afrika dövlətləri ilə əməkdaşlığını prioritet istiqamətlərdən birinə çevirib. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Əlcəzair münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının həyata keçirdiyi praqmatik və prinsipial xarici siyasət kursu iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə əlverişli şərait yaradıb. Onun Ərəb Dövlətləri Liqası çərçivəsində çıxışları, inkişaf etməkdə olan ölkələrin hüquqlarının müdafiəsi və beynəlxalq münasibətlərdə ədalətin təmin olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər Azərbaycanın Qlobal Cənubun fəal üzvü kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Əlcəzair ilə siyasi dialoq xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirlər Milli Məclisin deputatı Mehriban Vəliyevanın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan-Əlcəzair münasibətləri: tarixi köklərdən strateji əməkdaşlığa” adlı məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, dövlətimizin başçısının Afrika ölkələri ilə əməkdaşlığa verdiyi önəm Azərbaycanın bu regionda yeni tərəfdaşlıqlar qurmasına zəmin yaradıb. Əlcəzairə həyata keçirilən səfərlər və yüksəksəviyyəli təmaslar bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycan və Əlcəzair hər ikisi zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu resurslardan milli maraqlara uyğun şəkildə istifadə edən ölkələrdir. Hər iki dövlət müstəqil enerji siyasəti yürüdərək qlobal enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Enerji strategiyalarında müşahidə olunan oxşarlıqlar, məsələn, resursların diversifikasiyası, milli maraqların qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər açır.

Azərbaycan və Əlcəzair Qoşulmama Hərəkatı çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycanın bu təşkilata sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, xüsusilə pandemiya zamanı BMT səviyyəsində Afrika ölkələrinə dəstək çağırışları qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edib. Bu siyasət Azərbaycanın Afrika qitəsinə münasibətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əlcəzair isə bu prosesdə Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Əlcəzairə səfəri və keçirdiyi görüşlər qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edib. 2026-cı ildə İstanbulda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin V Konfransı çərçivəsində Sahibə Qafarovanın Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşü də bu əlaqələrin inkişafına müsbət təsir göstərib. Eyni zamanda, 2024-cü ildə Əlcəzair parlament üzvlərinin Azərbaycana səfəri, eləcə də 2026-cı ilin aprel ayında Azərbaycan parlament nümayəndə heyətinin Əlcəzairə səfəri göstərir ki, qanunverici orqanlararası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Dostluq qrupları çərçivəsində keçirilən görüşlər yalnız siyasi dialoqu deyil, həm də xalqlar arasında qarşılıqlı etimadı və anlaşmanı gücləndirir.

Formalaşmış siyasi və institusional baza gələcəkdə iqtisadi və turizm əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaradır. Enerji, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq potensialı kifayət qədər genişdir. İki ölkə arasında mövcud olan dostluq münasibətləri bu sahələrdə konkret layihələrin həyata keçirilməsinə və qarşılıqlı investisiyaların artmasına şərait yarada bilər.

Azərbaycan-Əlcəzair münasibətlərinin formalaşması yalnız müasir diplomatik proseslərin nəticəsi deyil, eyni zamanda dərin tarixi köklərə, ortaq siyasi təcrübələrə və mədəni yaxınlığa əsaslanır. Bu münasibətlər XX əsrin ikinci yarısından etibarən təşəkkül taparaq, müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Görkəmli alim və dövlət xadimi Musa Əliyevin fəaliyyəti Azərbaycan-Əlcəzair əlaqələrinin ilkin mərhələsinin formalaşmasında mühüm rol oynayıb. Musa Əliyev xatirələrində yazırdı: “Əlcəzairlilər həm zahiri görünüşlərinə, həm də adət-ənənələrinə görə inqilabdan əvvəlki Azərbaycanın adamlarına bənzəyirlər”. Onun “Ömrüm” xatirə əsərində qeyd etdiyi kimi, 1967-ci ildə SSRİ–Əlcəzair əməkdaşlığı çərçivəsində bu ölkənin neft və qaz ehtiyatlarının öyrənilməsi layihəsinə rəhbərlik etməsi Azərbaycan mütəxəssislərinin beynəlxalq miqyasda nüfuzunu artırıb. Müstəqilliyini yenicə qazanmış Əlcəzairdə mürəkkəb siyasi və iqtisadi şəraitdə aparılan geoloji tədqiqatlar nəticəsində yeni yataqların aşkar olunması yalnız elmi nailiyyət deyil, həm də bu ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edən mühüm addım olmuşdur. Bu prosesdə Azərbaycan geoloqlarının rolu xüsusilə qeyd edilməlidir. 1970-ci illərdə minlərlə mütəxəssisin, o cümlədən azərbaycanlı kadrların Əlcəzairdə fəaliyyəti iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını formalaşdırıb. “Saharanın geologiyası” və “Atlasın geologiyası” kimi fundamental tədqiqatlar bu əməkdaşlığın elmi bazasını daha da möhkəmləndirib. Həmin dövrdə Əlcəzairdə hakimiyyətə gəlmiş milli azadlıq hərəkatının liderlərindən biri, müdafiə naziri Huari Bumedyen bu tədqiqatların nəticələri ilə şəxsən tanış olub və ölkənin geoloji kəşfiyyat sahəsinə ciddi investisiyalar yönəldilib.

Azərbaycan-Əlcəzair münasibətləri yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Mədəni əməkdaşlıq bu əlaqələrin ən təsirli və davamlı istiqamətlərindən biridir. Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyev 1970-ci illərdə Əlcəzairdə musiqi təhsilinin inkişafına mühüm töhfələr verib. Onun “Üç inqilab”, “Alov” və “Hürriyyət” baletləri bu ölkənin milli ruhunu əks etdirən əhəmiyyətli sənət nümunələrinə çevrilib.

Azərbaycan ədəbiyyatında Əlcəzairin milli azadlıq mübarizəsinin əks olunması xalqlar arasında mənəvi yaxınlığın bariz göstəricisidir. Əlcəzairin milli azadlıq mübarizəsinin simvolu Cəmilə Buhayrat Azərbaycan ədəbiyyatında da geniş şəkildə tərənnüm olunub. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və Rəsul Rza kimi görkəmli sənətkarların yaradıcılığında Əlcəzairin milli azadlıq hərəkatı və onun qəhrəmanları xüsusi yer tutur. Mir Cəlal Paşayev isə “Ərəb qızı” əsərində azadlıq uğrunda mübarizə aparan qadın obrazını ümumiləşdirərək bu mövzunu daha da dərinləşdirib. Bütün bu amillər iki xalq arasında emosional və mədəni bağların formalaşmasına mühüm təsir göstərib.

Ümumilikdə, Azərbaycan-Əlcəzair münasibətləri tarixi dostluq, ortaq dəyərlər və strateji maraqlar üzərində qurulmuş çoxşaxəli əməkdaşlıq modelidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət bu əlaqələrin davamlı inkişafını təmin edir. Mövcud siyasi iradə, artan institusional əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini və yeni strateji mərhələyə yüksələcəyini deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar