AZƏRBAYCAN ƏRAZİSİNDƏ “QUŞ QRİPİ” İLƏ BAĞLI NÖVBƏTİ MONİTORİNQ BAŞA ÇATMIŞDIR
Bakı, 27 fevral (AZƏRTAC). Ölkə ərazisində “quş qripi” ilə bağlı fevralın 16-da başlamış növbəti monitorinq başa çatmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirmişlər ki, Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılmış monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri də iştirak etmişlər.
Monitorinq zamanı seçmə üsulla ovlanmış 24 çöl quşunun patoloji materialı, eləcə də ayrı-ayrı həyətyanı və quşçuluq təsərrüfatlarından 1969 ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmişdir. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.
DBX əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]