AZƏRBAYCAN GƏNCLƏRİNİN DÖRDÜNCÜ FORUMU PAYIZDA KEÇİRİLƏCƏKDİR
Azərbaycan gənclərinin 4-cü forumu bu ilin payızında keçiriləcəkdir. Bunu gənclər, idman və turizm naziri Əbülfəz Qarayev fevralın 1-də, Gənclər günü ərəfəsində keçirilmiş görüşdə bildirmişdir. Gənclər Təşkilatları Milli Şurasının təşkil etdiyi tədbirdə çıxış edən nazir demişdir ki, forum “Azərbaycanın iqtisadi inkişafında gənclərin rolu və vəzifələri” devizi altında keçiriləcəkdir.
Dövlətin gənclər siyasətindən danışan Əbülfəz Qarayev Azərbaycan gənclərinin sıx birləşməsində, ölkənin ictimai-siyasi həyatında onların rolunun fəallaşdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırmışdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, Gənclər günü təsis edilmişdir.
Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov təşkilatın ötənilki fəaliyyətinin yekunlarından danışaraq bildirmişdir ki, Azərbaycan gəncləri beynəlxalq təşkilatların işində fəal iştirak edirlər. O, İslam Konfransı təşkilatının üzvü olan ölkələrin Gənclər forumunun təsis qurultayının Bakıda keçirilməsini, habelə bir sıra digər tədbirləri Şuranın fəaliyyətinin müsbət nəticələri kimi vurğulamışdır.
Görüşdə ölkəmizdə gənclər hərəkatının uğurlarının təbliğində xidmətlərinə görə bir sıra qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə Şuranın fəxri diplomları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]