Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar
Bakı, 25 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın iki idmançısı medal qazanıb.
AZƏRTAC xəbər verir ki, tamblinq üzrə yarışda Mixail Malkin qızıl, Adil Hacızadə isə gümüş mükafatın sahibi olub.
Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.