Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəlinə Zöhrə Ağamirova başçılıq edir
Bakı, 1 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyunun 1-nə olan reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, siyahıya 910 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
885 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci sıradadır. İdman gimnastı İvan Tixonov isə 405 xalla üçüncü pilləyə yüksəlib.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]