Azərbaycan idmançısı hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının bürünc medalını qazanıb
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Moskvada Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının final görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançılarından döşək üzərinə ilk olaraq MOİK-in üzvü Sona Tumarxanova çıxıb. Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub. İdmançımız bununla da çempionatda milli komandamızın aktivinə ilk medalı yazdırıb.