Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyasının baş katibi Jan Mfasoni ilə görüşüb.
Elman Abdullayev Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın uğurları, ölkəmizin dəstəyi ilə həyata keçirilən layihələr, respublikamızın xarici siyasəti, enerji strategiyası, regionun inkişafına verdiyi töhfələr haqqında geniş məlumat verib.
Səfir Azərbaycanın bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini və beynəlxalq turizm mərkəzinə çevrildiyini bildirib.
Jan Mfasoni Azərbaycanın Əddis-Əbəbədə səfirliyinin açılması münasibətilə Elman Abdullayevi təbrik edib. Azərbaycanı çox maraqlı ölkə kimi xarakterizə edən baş katib ölkəmiz haqqında məlumatlı olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib, münasibətlərin yeni müstəviyə qaldırılmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi bildirilib.
Səfir E.Abdullayev Azərbaycanın Afrika İttifaqı ilə tərəfdaşlıq etməkdə maraqlı və buna hazır olduğunu vurğulayıb.
Söhbət zamanı Afrika İttifaqı Komissiyasının baş katibinə “Bakı-2015” ilk Avropa Oyunları barədə də ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]