RƏSMİ XRONİKA
AZƏRBAYCAN İLƏ İRANIN MÜNASİBƏTLƏRİ QƏDİM ƏNƏNƏLƏRƏ SÖYKƏNİR
Avqustun 22-də “Ulduz” sarayında İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmüşdür.
Görüşdə qeyd olundu ki, ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələri vardır. Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, xalqlarımız arasında olan dini bağlılıq bu gün də öz əhəmiyyətini qoruyub saxlayır və qədim ənənələrə söykənir.
İran Prezidenti Azərbaycana ilk rəsmi səfərinin uğurla keçdiyini bildirdi və qeyd etdi ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Bu əlaqələrin indən belə də inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və bundan səmərəli istifadə etmək lazımdır.