AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA SAZİŞ İMZALANMIŞDIR
İyunun 1-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Sazişi Azərbaycan Respublikası hökuməti adından xarici işlər naziri Vilayət Quliyev və İtaliya Respublikası hökuməti adından İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kosta imzalamışlar.
İmzalanma mərasimindən sonra nazir Vilayət Quliyev bu sənədin imzalanmasına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkələrimizin elm, incəsənət və mədəniyyət xadimləri arasındakı əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini bildirmişdir.
Öz növbəsində səfir Marqarita Kosta mədəni əlaqələrin inkişafının İtaliya ilə Azərbaycan arasında bir çox sahələrdə inkişafa təkan verəcəyini qeyd edərək, bu əlaqələrin bundan sonra da intensiv xarakter daşıyacağını vurğulamışdır.
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]