AZƏRBAYCAN İLƏ ÖZBƏKİSTAN ARASINDA GƏNCLƏR SİYASƏTİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açmışdır. Əbülfəz Qarayev Daşkənddə çoxsaylı insan tələfatına səbəb olmuş terror aktları ilə bağlı Özbəkistan nümayəndə heyətinə başsağlığı vermişdir.
O, həmçinin dövlət gənclər siyasətinin gerçəkləşdirilməsi, respublikada keçirilən gənclər forumları, Azərbaycan gənclərinin beynəlxalq təşkilatlarda fəal iştirakı barədə danışmışdır.
Özbəkistan nümayəndə heyətinin başçısı Ənvər Bozorov Azərbaycan nazirini Özbəkistana səfərə dəvət etmişdir.
Səfər zamanı qonaqlar Gənclərin Problemlərinin Öyrənilməsi Mərkəzinə gedəcək, Milli Məclisin komissiyalarında görüşlər keçirəcək, “Yaps” poçt xidmətinin işi ilə tanış olacaqlar.
Səfərin yekunlarına dair “Kamolot” ilə Gənclər, İdman və Turizm Nazirliyi arasında 2004-2005-ci illər üçün əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]