Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Vyetnam arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan ilə Vyetnam arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Hanoy, 10 mart, AZƏRTAC

Son illər Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişafı çərçivəsində hüquqi əlaqələrin genişləndirilməsi məqsədilə Vyetnamın ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-dən 10-dək bu ölkədə səfərdə olub.

Səfər zamanı nümayəndə heyəti tərəfindən Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin mavzoleyi ziyarət edilib. Onun xatirəsi yad edilərək mavzoleyin önünə əklil qoyulub.

Ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən F.Məmmədov ulu öndər Heydər Əliyevin bu ölkəyə, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin respublikamıza tarixi səfərlərini xatırladıb. Son iki ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə mühüm sənədlərin imzalandığını qeyd edib.

F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı hüquqi islahatlar barədə məlumat verərək, qarşılıqlı fəaliyyət üçün geniş perspektivlərin olduğunu bildirib.

Respublikamızla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Vyetnamın ədliyyə naziri Ha Hunq Kuonq Azərbaycanın ölkəsinin müstəqilliyi uğrunda mübarizəsi zamanı dəstəyini və Vyetnam üçün yüksək ixtisaslı milli kadrların hazırlanmasında yardımını xatırladıb. Vyetnamlı nazir ölkəmizin hərtərəfli dinamik tərəqqisi, məhkəmə-hüquq sisteminin inkişafı barədə məlumatlı olduğunu, Azərbaycanın bu sahədə qazandığı nailiyyətlərin böyük maraq doğurduğunu, onun müsbət təcrübəsinin Vyetnamda aparılan hüquqi islahatlar zamanı nəzərə alınacağını qeyd edib.

Danışıqlardan sonra iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Saziş çərçivəsində ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, ədliyyə işçilərinin təlimi, hüquqi tədqiqat və tədris, habelə hər iki tərəf üçün maraq kəsb edən digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər bu mühüm sənədin uğurla icra olunacağına və əməkdaşlığın inkişafına dəyərli töhfələr verəcəyinə əminlik ifadə ediblər. Vyetnamlı nazir Sazişin önəmini qeyd edərək onun Azərbaycan təcrübəsini öyrənməyə geniş imkan yaradacağını bildirib.

Səfər zamanı Vyetnam Baş nazirinin müavini Nquen Suan Fuk ilə də görüş keçirilib. Azərbaycan-Vyetnam münasibətlərinin dinamik inkişaf etdiyini söyləyən Baş nazirin müavini dövlətlərimizin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Nquen Suan Fuk, həmçinin hüquqi islahatların əhəmiyyətindən və bu sahədə ədliyyə nazirliklərinin rolundan danışıb, Azərbaycanın Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətləri barədə məlumatlı olduğunu bildirərək, onun təcrübəsinin Vyetnam üçün faydalı olduğunu söyləyib.

Görüşdə əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafında iki ölkənin ədliyyə nazirləri müavinlərinin təmsil olunduğu hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib, habelə Azərbaycanın malik olduğu mühüm geosiyasi mövqeyi, əlverişli tranzit ölkəyə çevrildiyi vurğulanıb.

F.Məmmədov, həmçinin Vyetnam Sosialist Respublikası Parlamentinin sədr müavini Uonq Çu Lu ilə görüşüb. Görüşdə Vyetnam və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanda təhsil almış Uonq Çu Lu 2013-cü ildə Bakıya səmərəli səfərini xatırladaraq ölkəmizin hərtərəfli tərəqqisinə heyran qaldığını diqqətə çatdırıb. O, Vyetnamın qanunvericiliyinin təkmilləşdirilməsi barədə məlumat verərək, islahatlar zamanı Azərbaycanın təcrübəsinin nəzərə alındığını bildirib və parlamentlərarası əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

Görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycanın ədliyyə naziri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Ba ilə də görüşüb. Le Thi Thu Ba təmsil etdiyi komissiyanın sədri olan Vyetnam Prezidenti Çıonq Tan Şanqın tapşırığına əsasən, ötən ilin iyulunda Azərbaycana məhsuldar səfərini və keçirilmiş faydalı görüşləri məmnunluqla xatırladıb. O, Azərbaycanın müsbət təcrübəsi ilə, o cümlədən məhkəmə sistemindəki islahatlarla tanışlığının ölkəsi üçün faydalı olduğunu vurğulayıb. Le Thi Thu Ba Vyetnamın bu sahədə apardığı islahatlarda Azərbaycanın nailiyyətlərindən bəhrələndiyini, korrupsiya ilə mübarizədə milli brendimiz olan “ASAN xidmət” modelinin pilot qaydada tətbiqi üzrə görülən işləri diqqətə çatdırıb.

Səmimi qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə minnətdarlığını ifadə edən F.Məmmədov ədliyyə nazirlikləri arasında Sazişin imzalanmasının hüquqi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyini qeyd edib.

Səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Nquen Xoa Bin və Ali Xalq Prokuroru Çıonq Xoa Bin ilə də görüşlər keçirilib. Görüşlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin ən şəffaf seçimi və tədrisi müzakirə edilib. Azərbaycanda dövlətimizin başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı diqqətə çatdırılıb. Bu sahədə beynəlxalq əməkdaşlığın, o cümlədən ölkəmizin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, habelə ikitərəfli əməkdaşlığın inkişafına böyük maraq göstərildiyi qeyd olunub.

Səfər zamanı Vyetnamın Parlamentində, Ədliyyə Nazirliyində və digər dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan və vaxtilə Azərbaycanda təhsil almış vyetnamlılarla səmimi görüş keçirilib, iki ölkə arasında əlaqələrin gücləndirilməsinə dair faydalı danışıqlar aparılıb.

Dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanın Vyetnamdakı səfirliyinin səmərəli fəaliyyətindən məmnunluq ifadə olunaraq, qarşılıqlı fəaliyyətin genişlənməsi üçün Vyetnamın da ölkəmizdə səfirliyinin açılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına da diqqət yönəldilib.

Görüşlərdə nümayəndə heyətimiz tərəfindən Vyetnam tərəfinə müasir məhkəmə-hüquq sisteminin fəaliyyətinə, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair broşürlər təqdim edilib.

Tədbirlərdə ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov iştirak edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO