Azərbaycan internet məkanında yeni onlayn servis təqdim edilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan internet məkanında domen və hostinq satışı xidmətləri üzrə yeni onlayn servis təqdim edilib. “Smarthost” adlanan bu servis “www.smarthost.az” internet ünvanında yerləşir.
“Smarthost" şirkətindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə domen və hostinq satışı xidmətlərinin asanlaşdırılması üçün yeni mexanizm yaradılıb. Bu saytda istifadəçilər bütün qeydiyyat və alış-veriş prosedurlarını onlayn rejimdə və daha sürətlə həyata keçirirlər. Hazırda “Smarthost" milli .az domeninin onlayn qeydiyyatına başlayıb. “az” zonasında domenləri ancaq Azərbaycan vətəndaşları qeydiyyata ala biləcəklər.
"Smarthost" servisinin müştərilərinin məlumatlarının mühafizəsi və təhlükəsizliyi "Delta Telecom" şirkətinin DATA-mərkəzində yerləşdirilmiş şəxsi serverlər ilə təmin olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]