AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ VAŞİNQTONDA “10-CU QLOBAL BİRBAŞA İNVESTİSİYALAR KONFRANSINDA” İŞTİRAK ETMİŞDİR
Azərbaycan İnvestisiya Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun İcraçı direktorunun müavini Riad Qasımov mayın 9-dan 19-dək Vaşinqtonda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə İnkişaf edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyasının (EMPEA) birgə təşkil etdiyi “10-cu Qlobal Birbaşa İnvestisiyalar Konfransında” iştirak etmişdir.
Konfransda R.Qasımov Azərbaycanın investisiya potensialı və təmsil etdiyi qurumun fəaliyyəti, məqsədləri, imkanları və icra olunan layihələrlə bağlı geniş məlumat vermişdir.
Səfər çərçivəsində R.Qasımov “Beynəlxalq Özəl İnvestisiya Korporasiyası” (OPİC), İFC və bir sıra digər beynəlxalq maliyyə qurumlarının, xarici investisiya şirkətlərinin rəhbərləri ilə Azərbaycanın qeyri-neft sektorunda potensial layihələr, bu layihələrdə həmin qurumların iştirakı barədə müzakirələr aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]