Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də dinamik inkişaf etmişdir

Bakı, 8 yanvar (AZƏRTAC). Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin ötən illərdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik yaradılmış, ölkənin davamlı və tarazlı inkişafına nail olunmuşdur.

Ölkəmiz qlobal maliyyə böhranından cüzi itkilərlə çıxa bilmiş, iqtisadiyyatın bütün sahələrinin ahəngdar inkişafı öz axarı ilə davam etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə bütün dünyada inkişaf etmiş iqtisadiyyat kimi qəbul edilir, təqdir olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi iqtisadiyyatın daha da inkişafı üçün əlverişli imkanlar yaratmışdır.

2010-cu ildə sosial və iqtisadi sahədə artım meyillərinin davam etməsi Azərbaycanda həyata keçirilən mükəmməl iqtisadi strategiyanın mühüm uğurlarından xəbər verir.

2010-cu ildə reallaşdırılan mükəmməl iqtisadi strategiya islahatların davamlılığını təmin etmişdir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olmuşdur. Yola saldığımız ildə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və sərhəd-buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

2010-cu ildə regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması və iqtisadiyyatın tarazlı inkişafı təmin edilmişdir. Bu da regionlarda infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin istifadəyə verilməsinə gətirib çıxarmışdır. Dövlət proqramlarının icrası regionların sosial-iqtisadi inkişafına mühüm təkan vermişdir. Bütün bunlar dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir.

Hər şey əldə edilən nəticələrlə ölçülür. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatmışdır. Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunmuşdur.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artmışdır. Bu müddətdə Azərbaycan sənayesində ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1 faiz çox məhsul istehsal edilmişdir. İqtisadiyyatda əldə edilmiş uğurlu göstəricilərdən biri əsas kapitala yönəldilmiş vəsaitlərin artmasıdır. Hesabat dövründə iqtisadiyyata ötən ilin eyni dövründəki göstəricidən 15,2 faiz çox vəsait yönəldilmişdir. Bu vəsaitin yarıdan çoxu qeyri-neft sektorunun inkişafına sərf olunmuşdur.

İqtisadiyyatın digər sahələrində də göstəricilər artmışdır. Nəqliyyat sektorunda yük daşınması 3 faizdən çox, informasiya və rabitə xidmətlərinin həcmi 30,8 faiz artmışdır.

Bu müddətdə pərakəndə əmtəə dövriyyəsinin 8,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin 10 faizdən çox artması iqtisadi inkişafın bəhrəsidir.

2010-cu ilin 11 ayında əhalinin pul gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz, ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqının 7,7 faiz artması məhz iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirilir.

2010-cu ildə neft-qaz sektorunda böyük uğurlar əldə edilmişdir. Azərbaycanda 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Həmin ildə Azərbaycanda “Ümid” qaz yatağının kəşf edilməsi, ölkənin enerji potensialına böyük dəstək verəcəkdir.

Ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri ötən ilin yanvar-oktyabr aylarında 143 dövlətlə 22,5 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.

Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını və ya 77,2 faizini ölkədən ixrac olunmuş mallar, 5,1 milyard dollarını (22,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 85,7 faizi və ya 19,3 milyard dolları uzaq xarici ölkələrlə, 14,3 faizi (3,2 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.

2010-cu ilin 11 ayında taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı 2009-cu illə müqayisədə artmışdır. 2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılmış, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilmişdir. 2011-ci ildə ölkədə taxıl istehsalının 25 faiz artması gözlənilir. 2011-ci ildə əkin sahələrindən 2,5 milyon ton taxıl götürülməsi proqnozlaşdırılır.

Yeri gəlmişkən, fevral ayından payızlıq əkini aparan, taxıl və çəltik səpinini başa çatdıran fermerlər əkin sahəsinə görə dövlətin verdiyi birdəfəlik yardımı, subsidiyanı ala biləcəklər. Bununla bağlı məhsul istehsalçılarından sənədlərin yığılması başa çatmaq üzrədir. Artıq 56 rayondan səpin işi aparan fermerlərin sənədləri respublika komissiyasına təqdim edilmiş, daxil olan ərizələrdən 17 rayon üzrə sənədlər təsdiqlənmişdir. Yaxın 2 həftə ərzində həmin rayonların fermerlərinə vəsaitlərin verilməsinə başlanılacaqdır. Digər rayonlar üzrə isə sənədlərin baxılması davam etdirilir. Həmin rayonların fermerləri də növbəti aydan subsidiyalarını ala biləcəklər. İlkin hesablamalara görə, payızlıq əkininə görə fermerlərə 21,5 milyon manat subsidiya ödəniləcəkdir. Yanacaq və sürtkü materiallarına görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi bu il də davam etdiriləcəkdir. Artıq bununla bağlı sənədlər qəbul edilir. İyun ayından başlayaraq yanacaq və sürtkü materiallarına görə əkin aparan fermerlərə təqribən daha 60 milyon manat yardım olunacaqdır. Prezidentin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, hər hektar sahəyə ümumilikdə 80 manat subsidiya verilir. Həmçinin, hər il olduğu kimi, bu il də məhsulun becərilməsi zamanı fermerlərin istifadə etdiyi fosfor gübrəsinin 70, digər mineral gübrələrin isə dəyərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcəkdir.

Bununla bərabər, 2005-ci ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Kənd İnvestisiya Layihəsi” bu il də davam edəcəkdir. Bu məqsədlə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında danışıqlar aparılır. “Kənd İnvestisiya Layihəsi”nin əsas məqsədi kənd icmalarına maliyyə yardımı göstərməklə onların infrastruktur problemlərinin həllinə yardım etməkdir. Layihənin direktoru Sübhan Əsgərovun sözlərinə görə, layihələrə kənddaxili yolların bərpası, içməli su təminatı, su təmizləyici qurğuların qoyulması və bu kimi digər işlər daxildir. Ötən il 500 icmaya infrastruktur layihələrinin icrası ilə bağlı yardım edilmişdir. Yeni kreditin alınması istiqamətində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında danışıqlar aparılır. Bu məqsədlə Bankın əməkdaşları dekabrda ölkəmizdə olmuşlar. Hazırda kənd investisiya layihəsi ölkənin Şimal, Şimal-Qərb, Naxçıvan Muxtar Respublikası, Muğan-Salyan zonalarında həyata keçirilir.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. 2010-cu ilin mayında ölkəmizə ilk dəfə olaraq “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən “sabit” investisiya reytinqi verilmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. “Doing Business 2010” hesabatında isə ölkəmiz öz mövqelərini qoruyub saxlamış və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də MDB ölkələri arasında lider olmuşdur. “Standard and Poor’s” beynəlxalq reytinq agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini “Stabil”dən “Pozitiv”ə yüksəltmişdir.

Qarşıdakı illərin sosial-iqtisadi proqnozları da ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Belə ki, ümumi daxili məhsulun həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. 2011-ci ildə qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur.

Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. Proqnozlara görə, 2011-ci ildə orta aylıq əmək haqqı 379 manat, 2014-cü ildə 551 manat olacaqdır. Ümumiyyətlə, 2011-ci ildə əhalinin gəlirləri 29,8 milyard manat, 2014-cü ildə isə 44,5 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Heç şübhəsiz ki, dövlət başçısının düşünülmüş siyasəti, siyasi iradəsi və respublikamızın iqtisadi potensialı qarşıya qoyulmuş məqsədlərə nail olunmasını təmin edəcəkdir.

Xalid Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib