Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
AVRO-2024-ün seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb.
AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 15 manat təşkil edir. VİP biletləri isə 30, 50, 200 manata əldə etmək olar.
Biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 saylı ASAN xidmət mərkəzi, 2 saylı “ASAN xidmət mərkəzi, 3 saylı ASAN xidmət mərkəzi, 4 saylı “ASAN xidmət” mərkəzi, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]