Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İtaliya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur ŞƏRH

Azərbaycan-İtaliya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur  ŞƏRH

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasındakı əlaqələr uzun illərdir ki, strateji tərəfdaşlıq zəminində inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında formalaşaraq getdikcə daha da möhkəmlənir. Sözügedən tərəfdaşlığın dərinləşməsində Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti həlledici rol oynayır. Dövlət başçısının təşəbbüsləri nəticəsində iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqla yanaşı; iqtisadiyyat, enerji, təhsil, humanitar və mədəni sahələrdə də davamlı, qarşılıqlı faydalı əməkdaşlıq qurulmuşdur. Beləliklə, bu əlaqələr təkcə milli maraqlara xidmət etmir, həmçinin regionda sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O xatırladıb ki, Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından olan İtaliya ilə münasibətlərin kökü müstəqilliyimizin ilk illərinə dayanır. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Həmin tarixdən etibarən tərəflər arasında siyasi dialoq intensiv xarakter alıb və qarşılıqlı səfərlər vasitəsilə əlaqələr daha da genişlənib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması bu münasibətlərin institusional əsaslarını daha da gücləndirib.

“Münasibətlərin strateji məcrada inkişafının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Onun 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün tarixi bir addım oldu. Səfər çərçivəsində imzalanan siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş gələcək əməkdaşlığın aydın istiqamətlərini müəyyən etdi. Bu dinamizm sonrakı illərdə dövlət başçıları səviyyəsində davam etdirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralındakı İtaliya səfəri iki ölkə arasındakı əlaqələri yeni zirvəyə daşıyıb. Münasibətlərimizin sarsılmaz təməlini xüsusilə 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair iki mühüm bəyannamə təşkil edir. Bu sənədlərdə təsbit edilmiş strateji məsələlər bu gün real həyatda öz əksini tapmaqdadır. Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri olan İtaliya ilə əlaqələr hazırda özünün yüksəliş dövrünü yaşayır və bu əməkdaşlıq hər iki tərəf üçün xüsusi geosiyasi əhəmiyyət kəsb edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və ikitərəfli münasibətlərdə yeni bir səhifə açacaq. Hesab edirəm ki, bu səfər həm də gələcəkdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı tərəqqisinə güclü təkan verəcək, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli çərçivədə məhdudlaşmır, həm də regional və qlobal kontekstdə nümunəvi tərəfdaşlıq modelinə çevrilir. Bu tərəfdaşlığın ən mühüm sütunlarından birini enerji sahəsində əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və qətiyyəti ilə reallaşdırılan iri enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu əhəmiyyətli dərəcədə artırıb. İtaliya bu zəncirin son nöqtəsi və əsas tərəfdaşlarından biri kimi Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında mühüm mövqe tutur. Cənub Qaz Dəhlizi layihəsi təkcə iqtisadi gəlirlilik baxımından deyil, həm də geosiyasi əhəmiyyəti ilə seçilir. Bu nəhəng infrastruktur layihəsi Azərbaycan və İtaliya arasında strateji əməkdaşlığın dərinləşməsinə misilsiz töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq arenada etibarlı və əvəzedilməz tərəfdaş imicini daha da möhkəmləndirir.

Azərbaycan-İtaliya əlaqələri dərin mədəni və humanitar köklərə söykənir

“Bu gün Bakı və Roma arasındakı yüksəksəviyyəli siyasi dialoq iqtisadiyyatın digər sahələrində də sistemli və davamlı tərəqqinin təminatçısı rolunda çıxış edir. İki ölkə arasındakı iqtisadi tərəfdaşlıq hazırda özünün ən yüksək inkişaf mərhələsindədir. Dövlətimizin başçısı İlham Əliyev öz bəyanatlarında ticarət əlaqələrinin mütəmadi artdığını və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu göstərici Bakı və Roma arasındakı iqtisadi münasibətlərin miqyasını, eləcə də hər iki tərəf üçün strateji əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti sənaye, tikinti və xidmət kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində İtaliya şirkətlərinin iştirakıdır. Bu, həm iqtisadi tərəfdaşlığın genişlənməsinə, həm də ölkələr arasında qarşılıqlı etimadın və dostluğun gücləndirilməsinə xidmət edir”, - deyə K.Bayramov vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı münasibətlər təkcə iqtisadiyyatla məhdudlaşmır, həm də dərin mədəni və humanitar köklərə söykənir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombaları bu əlaqələrin ən ali nümunəsidir. Fondun bəşəriyyət üçün dəyərli olan mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səyləri bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Təhsil sahəsindəki uğurlar da bu strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bakıda böyük təntənə ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin gələcək inteqrasiyasının və birgə intellektual potensialının bariz nümunəsinə çevrilib.

“Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan çoxşaxəli əlaqələr regionda və dünyada sarsılmaz tərəfdaşlığın ən mükəmməl modellərindən birini təşkil edir. Bakı ilə Roma arasında dərinləşən tərəfdaşlıq yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə məhdudlaşmır, eyni zamanda, regionda enerji təhlükəsizliyi və mədəni inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. İtaliya Nazirlər Şurasının sədrinin səfəri ilə formalaşan yeni əməkdaşlıq platformaları isə Azərbaycanın Avropa məkanındakı mövqeyini daha da möhkəmləndirərək onu etibarlı və strateji tərəfdaş kimi ön plana çıxarır”, - deyə deputat qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər