Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate 1 Gəncləri Liqası” turnirində uğurla çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda yarışda 3 medal qazanıb.
Qızlar arasında Gülay Orucova (59 kiloqram), yeniyetmələrdən Nəsimi Musayev (70 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərin mübarizəsində isə Fərid Hacızadə (55 kiloqram) üçüncü yerin sahibi olub.