AZƏRBAYCAN “KƏPƏZ” YATAĞI İLƏ BAĞLI NARAZILIĞINI BİLDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Kəpəz” yatağının istismarı barədə Kanadanın “Buried Hill Energy” şirkəti ilə Türkmənistan tərəfinin danışıqlar aparmasını araşdırmaq üçün ölkəmizin Ottavadakı səfirliyinə tapşırıq verilmişdir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir. Onun sözlərinə görə, Kanadanın Xarici İşlər Nazirliyinə də bu məsələ ilə əlaqədar Azərbaycanın narazılığı çatdırılmışdır.
Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq 1997-ci ildə iki ölkə arasında mübahisəyə səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]