Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş filmin premyerası olacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 17-də “Nizami” Kino Mərkəzində kinotənqidçi Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filminin premyerası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, film, yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.
İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.
Filmin ssenaristi və quruluşçu rejissoru H.Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb.
Adı çəkilən filmdən başqa, dövlət dəstəyi ilə istehsal olunmuş daha iki – “Narqız” animasiya filminin və “Erkən hisslər” qısametrajlı bədii filmləri də təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]