AZƏRBAYCAN KİNOSUNA HƏSR EDİLMİŞ SƏRGİ KEÇİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 10-dan 19-dək TÜRKSOY təşkilatının dəstəyi ilə Ankarada Azərbaycan kinosunun 110 illiyinə həsr edilmiş fotosərgi keçiriləcəkdir.
Nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun dediyinə görə, sərginin ekspozisiyasında milli kinomuzun tarixindən bəhs edən 60-a qədər fotoşəkil təqdim olunacaqdır. Sərgi iki beynəlxalq festival - “Qızıl portağal” (“Altun portağal”) XXXV beynəlxalq kinofestivalı və “Avrasiya kinoforumu” beynəlxalq kinofestivalı çərçivəsində keçiriləcəkdir. Razılığa əsasən, sərgi başa çatandan sonra TÜRKSOY təşkilatı bütün fotomaterialları Azərbaycana verəcəkdir. Fotoşəkillər təzələnəcək, onlardan hər biri üçün Azərbaycan, ingilis və türk dillərində müvafiq şəkilaltı yazı hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]