Azərbaycan komandası “Böyük dəbilqə” turnirində dördüncü qızıl medalını qazanıb
Bakı, 6 noyabr, AZƏRTAC
Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində dördüncü qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) finalda serbiyalı Aleksandr Kukolu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl medal qazanıblar. Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.