Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Macarıstan münasibətləri – qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq - ŞƏRH

Azərbaycan-Macarıstan münasibətləri – qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq - ŞƏRH

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan çoxəsrlik zəngin tarixə malik, Avropanın mərkəzində yerləşən, prinsipial və müstəqil siyasət yürüdən, etibarlı strateji tərəfdaşa çevrilmiş Macarıstanla münasibətlərin inkişafına xüsusi önəm verir. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 ildən çox dövr ərzində münasibətlər qarşılıqlı maraq daşıyan bir çox sahələri ehtiva edərək sabit inkişaf yolu keçib. Torpaqlarımız Ermənistan işğalı altında olduğu dövrdə, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir neçə saat sürən antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra Macarıstanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyünə davamlı dəstək nümayiş etdirməsi vacib məqamlardan biri kimi münasibətlərimizin inkişafında müsbət rol oynayıb. Xüsusilə də Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında qarşılıqlı hörmət və etimada əsaslanan, uzun illərdir davam edən dostluq münasibətləri, davamlı əsasda həyata keçirilən ali və yüksəksəviyyəli rəsmi və işgüzar səfərlər əlaqələrin dərinləşməsində vacib əhəmiyyət kəsb edir. 2014-cü ildə Strateji Tərəfdaşlığa dair və 2023-cü ilin yanvarında Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə bəyannamələrin imzalanması ilə ikitərəfli münasibətlər daha da güclənərək yeni mərhələyə qədəm qoyub. Bu sənədlər iki ölkə arasında istər ikitərəfli, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan vacib çərçivədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoq formatıdır. Bu format çərçivəsində ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.

Həmçinin parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

2023-cü ildə imzalanmış Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamədə tərəflər qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiqlik bəyan edilərək, tərəfdaşlığın təməl prinsipləri kimi yüksək səviyyəli siyasi dialoqların, çoxtərəfli formatlarda qarşılıqlı dəstək və faydalı əməkdaşlığın əhəmiyyəti önə çəkilir. Eyni zamanda, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqlar vurğulanaraq, “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin əhəmiyyəti qeyd olunur.

Prezident İlham Əliyevin Macarıstana budəfəki səfəri yeni dünya nizamının formalaşdığı bir dönəmdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli siyasi hadisə oldu. Səfər zamanı istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Macarıstanın ev sahibliyi etdiyi qeyri-rəsmi Zirvə görüşü çərçivəsində faydalı görüşlər və müzakirələr keçirildi.

Dövlətimizin başçısının Baş nazir Viktor Orbanla mətbuata bəyanatları Azərbaycan–Macarıstan münasibətlərinin çoxşaxəli və davamlı inkişaf etdiyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın öz dövlətlərinin maraqlarını daim yüksək tutaraq, prinsipial, müstəqil siyasət yürütmələri iki ölkə arasında münasibətləri uzlaşan və proqnozlaşdırılabilən edir. Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub”.

Macarıstanın Baş naziri ölkəmizin Liderini “köhnə və səmimi dost” adlandıraraq bildirdi ki, Azərbaycan uzun illər ərzində Macarıstanın enerji və diplomatiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılaşdığı çətinliklərdə hər zaman etibarlı tərəfdaş olub. Bu səfər çərçivəsində tarixdə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Macarıstanda keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Macarıstanın təşkilatda müşahidəçi statusuna malik olsa da, bu tədbirə ev sahibliyi etməsi onun Türk dünyası ilə əlaqələrə strateji önəm verdiyini nümayiş etdirir.

Yaşıl enerji sahəsində də səmərəli əməkdaşlıq qurulması geniş perspektivlər vəd edir. Məlum olduğu kimi, Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi var və növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edilməsi nəzərdə tutulur. Bu kontekstdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi xüsusilə diqqət çəkir. Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji ötürülməsini artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Bu layihələr Avropanın enerji təhlükəsizliyininin şaxələndirilməsində əhəmiyyətli bir addım olacaq. Enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradacaq. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli layihələr olmaqla, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədi daşıyır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə yanaşı, Macarıstanın da iştirak etməsi xüsusilə təqdirəlayiq haldır. Bu xüsusda, Macarıstan da iqtisadi və texnoloji potensialı ilə Qarabağın bərpasında mühüm tərəfdaş ola bilər.

“Azərbaycan-Macarıstan münasibətləri yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu tərəfdaşlıq daha geniş regional miqyasda geosiyasi sabitliyin təmin olunmasına, beynəlxalq hüquqa əsaslanan siyasətə və ortaq strateji maraqların qorunmasına xidmət edən nümunəvi əməkdaşlıq modelidir. Ölkələrimiz arasında formalaşan bu münasibətlər qarşılıqlı etimad, konkret nəticələrə söykənir. Bu isə öz növbəsində əlaqələrin yaxın gələcəkdə daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu görüşlər yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatının və ümumilikdə türkdilli ölkələrin birlik və əməkdaşlıq platformasının daha da güclənməsi istiqamətində mühüm mərhələ oldu. Qarabağın bərpası prosesində türk dövlətlərinin sərmayə, texnologiya və təcrübə baxımından iştirakı bu bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Türk dünyası üçün strateji birliyin real nəticələr verdiyini də nümayiş etdirir”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb