Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib YENİLƏNİB

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honkonq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, deputatlar, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.

Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.

Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib. Bu il martın 27-də AMEA-nın yaradılmasının 80 illiyinin tamam olduğunu bildirən AMEA prezidenti akademiyanın tarixinə nəzər salıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərin ölkəmizdə akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyil proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, akademiyanın inkişafında 2003-2022-ci illər modernləşdirilmə dövrü, 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi kimi səciyyələndirilə bilər.

AMEA prezidenti akademiyada 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımlar atıldığını söyləyib. Bildirib ki, sivilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib-hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixinin, milli-mədəniyyətinin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib.

Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub.

Beynəlxalq əlaqələrə də toxunan məruzəçi akademiyanın 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvü olduğunu, həmin qurumların Baş assambleyalarının rəhbər heyətlərinin seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunduğunu, elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı qazandığını bildirib.

Akademik İsa Həbibbəyli AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilməsinə də diqqət çəkib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatında yaradılan Elektron Akademiya şöbəsi vasitəsilə akademiyanin elmi bölmələrinə və elmi-tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funksionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının təsdiq etdiyi Rəqəmsal İnkişaf Konsepsiyasının qarşıya qoyduğu tələblər əsasında Humanitar və İctimai Elmlər sferasında süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə edilməsi üçün əlavə tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməli və ən qısa müddətdə kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır. Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib. Bildirib ki, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”, - deyə Emin Əmrullayev əlavə edib.

O, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

Elm və təhsil naziri Azərbaycanla bağlı tədqiqatlar aparan sosial və humanitar sahələr üzrə alimlərin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, nəticəyönümlü maliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: “Elmi fəaliyyətin nəticəsinə söykənən maliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır”.

Emin Əmrullayev yeni fəaliyyətə başlayan Qarabağ Universitetində nəticəyə əsaslanan maliyyələşmənin artıq tərtib edildiyini söyləyib.

Nazir, həmçinin son iki il ərzində ali təhsil müəssisələrinin reytinqlərdə irəliləməsini yüksək qiymətləndirib. Azərbaycanda elm sahəsində aparılan islahatlardan danışan Emin Əmrullayev ali təhsil və elmi müəssisələr arasındakı əlaqələrə toxunub. Nazir müvafiq sferada aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində elm və təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, elmi məhsuldarlığın yüksəldiyini, müsbət təzahürlərin müşahidə olunduğunu və ölkəmizin beynəlxalq reytinqlərdə irəlilədiyini diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında rəhbəri olduğu qurumun AMEA ilə birgə müxtəlif konfrans və seminarlar keçirdiyini söyləyib.

“Türk dünyasının görkəmli elm və incəsənət xadimləri haqqında AMEA tərəfindən nəşr olunmuş kitablardan böyük və zəngin bir kitabxana yaratmaq mümkündür”, - deyə vurğulayan Aktotı Raimkulova Parisdə UNESCO çərçivəsində Türk dünyasının ilk ensiklopedik əsəri “Divanü lüğat-it-türk” kitabının təqdimatına görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu AMEA ilə birlikdə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görür.

Aktotı Raimkulova əməkdaşlıq perspektivləri, aşıq sənətinə dair təşkil olunacaq beynəlxalq elmi konfrans haqqında da danışıb, Azərbaycan alimlərini bu konfransda fəal iştirak etməyə çağırıb. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib.

Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.

“AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi haqqında çıxış edən işçi qrupunun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir.

Birinci bölmədə qlobal çağırışlar, dünya elminin yeni inkişaf meyilləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indikatorları öz əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

S.Xavəri diqqətə çatdırıb ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla üç mühüm amillə izah olunur. Birinci amil müasir dünyanın qlobal inkişaf tendensiyaları, ikinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları, üçüncü amil isə respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır.

Məruzəçi bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilib, onların icrası mexanizmləri hazırlanıb. Konsepsiyanın və Yol Xəritəsinin icrasına akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi-tədqiqat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunub”, - deyə alim diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və Gənclər üçün Prezident mükafatçısı, Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovun çıxışları dinlənilib. Həmçinin Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər və ÇXR Honkonq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Leinin onlayn çıxışları təqdim olunub.

Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır