İDMAN
“Azərbaycan” minifutbol klubu Arxangelskdə ikinci olub
![](/files/galleryphoto/2023/2/1200x630/16866569783397640093_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866569785331631040_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866569784264049277_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866569781492657124_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Rusiyanın Arxangelsk vilayətində keçirilən minifutbol üzrə ikinci liqanın finalında “Azərbaycan” və “Krasnaya Zvezda” komandaları qarşılaşıblar.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
A.F.Liçutin adına Bədən Tərbiyəsi və İdman Kompleksində baş tutan oyun “Krasnaya Zvezda”nın 9:6 hesablı qələbəsi ilə yekunlaşıb. Finaladək 17 oyunda 15 qələbə qazanan və 163 qol vuran “Azərbaycan” komandası birinci liqaya keçib. İkinci liqanın ən yaxşı bombardiri adına Rafiq Qoçəliyev layiq görülüb. Soydaşımız “Azərbaycan” komandasına 78 qol qazandırmaqla bütün liqalar üzrə rekorda imza atıb.
Cari ildə yaradılmış “Azərbaycan” minifutbol klubu kubok turnirindəki debütünü müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib.
Qeyd edək ki, komandanın sponsoru “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatıdır.