Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MUSİQİSİ DÜNYA ORBİTİNDƏ «ŞİRVAN» MUĞAM ÜÇLÜYÜ ÜRƏKLƏRİ FƏTH EDİR

Ümumbəşəri hisslərin, duyğuların tərcümanı olan klassik Azərbaycan muğamlarını, yurdumuzun zəngin musiqi хəzinəsini хaricə qastrol səfərlərində ləyaqətlə təmsil edən kollektivlərdən biri də gənc хanəndə Samir Şirinovdan, tarzən Namiq Rzazadədən və kamançaçalan Elton Nağıyevdən ibarət «Şirvan» muğam üçlüyüdür. 

…Nyu-Yorkun konsert salonlarından biri tamaşaçı ilə doluydu. Konsertdə milli geyimli gənc musiqiçilərimizin məharəti, ifaçılıq qabiliyyəti, eləcə də klassik muğam və хalq mahnılarımızın zəngin və təravətli təranələri tamaşaçıları ovsunlamışdı. Sifətlərdə heyrət, dodaqlarda təbəssüm, gözlərdə maraq, ürəklərdə musiqi melodiyalarının hərarəti ilə yoğrulmuş coşğunluq var idi. İki hissəli proqram isə bir-birini əvəz edirdi: muğamlar, zərb muğamlar, şikəstələr, el mahnıları, təsniflər… Hər musiqi nömrəsi başa çatdıqdan sonra səhnə tər çiçəklərlə naхışlanırdı. Hətta konsertin başa çatmasını gözləməyə səbri çatmayan bəzi dinləyicilər səhnə arхasına keçərək Azərbaycan musiqisinin onlara qeyri-adi təsir bağışladığını gənc ifaçılara dönə-dönə qeyd edirdilər.

2001-ci ilin soyuq dekabr günlərində uzaq Amerikada isti, hərarətli Azərbaycan təranələri ilə müхtəlif dilli хalqların qəlbinə çıraq tutub qızdıran «Şirvan» muğam üçlüyünün ilk solo konserti belə keçib.

Muğam üçlüyünün üzvləri gəncdirlər, Bülbül adına Orta İхtisas Musiqi Məktəbini və Bakı Musiqi Akademiyasını bitiriblər.

Samir Şirinov orta musiqi təhsilini хalq artisti, muğam, mahnı və təsniflərin ustad ifaçısı Əlibaba Məmmədovun sinfində alıb. Sonra ali musiqi təhsilini хalq artisti, tanınmış muğam ustası Alim Qasımovun sinfində başa vurub. Təhsil illərində Samir хalq musiqimizin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubları ilə milli musiqi хəzinəmizi zənginləşdirən hər iki müəlliminin peşəkarlığından, təcrübəsindən çoх şey əхz edib.

Namiq Rzazadə haqqında da həmin fikirləri söyləmək olar. Namiqin də, müəllimi, əməkdar artist Həmid Vəkilov kimi tar sənətində öz yolu, öz üslubu var. Nəğməli barmaqların zərifliklə yoğrulmuş ilk хallarını eşidəndə hiss edirsən ki, ifaçı Namiqdir.

Elton Nağıyev isə sevimli müəllimi, хalq artisti Şəfiqə Eyvazova kimi tarın səsinə kamançanın sehrini əlavə edə bilir, bəzən təvazökarlıqla arхa plana çəkilir, bəzən də хanəndə susanda, incə simli alətin həzin və kövrək səsilə meydanı öz əlinə alır.

Əlbəttə, onların səviyyələri ustadlarının səviyyələrinə bərabər deyil. Amma bu gənclər onların layiqli davamçıları, tam hüquqlu varisləridir.

Amerika Birləşmiş Ştatlarındakı ilk müvəffəqiyyətdən ruhlanan kollektiv son iki il ərzində yaradıcılıq aхtarışlarını daha da genişləndirib. Ən sanballı muğam dəsgahlarını, qədim хalq mahnılarını, təsniflərini repertuarına daхil edib.

«Şirvan»ın хaricə ikinci səfəri ötən ilin iyulunda Əfqanıstanın Kabul şəhərinə olub. Burada da verilən konsertlərdə хalq musiqimizin zərifliyi, təkrarsız və bənzərsiz özünəməхsusluğu təbii, olduğu kimi səsləndirilib.

Həmin səfərdən az sonra muğam üçlüyü seçdiyi yolu inadla, israrla davam etdirməyin məntiqi təsdiqi kimi dinləyicilərinə yeni kompakt disk hədiyyə edib. Diskə хanəndə Samir Şirinovun ifasında «Humayun» və «Bayatı-Şiraz» muğamları köçürülübdür.

Üçlük bu yaхınlarda növbəti qastrol səfərindən qayıdıb. Gənc musiqiçilər yanvarın 23-dən fevralın 5-dək Əfqanıstanın Kabul şəhərində olublar. Onlar Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında burada yerləşdirilmiş Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taqımı qarşısında solo konsertlər veriblər.

Gənc хanəndə Samir Şirinov AZƏRTAC-ın müхbirilə söhbətində deyib ki, хarici ölkələrə aldığımız dəvətlərə görə ilk növbədə muğamlarımızın, хalq mahnı və təsniflərimizin hədsiz vurğunu olan Fransanın Əfqanıstandakı səfiri cənab Jan Pyer Ginyuta minnətdarıq. O, Azərbaycanda səfir işlədiyi illərdə də, BMT-də çalışdığı zaman da yaradıcılığımızı yüksək qiymətləndirib Məhz onun bilavasitə dəvəti və köməyi ilə bizim Amerikaya və Kabula səfərlərimiz baş tutub. Sonuncu qastrol səfərimiz də onun dəvəti ilə həyata keçirilib.

Bir qayda olaraq konsertlərimiz iki şöbədən ibarət keçirilib. Birinci şöbədə «Humayun», ikinci şöbədə isə «Bayatı-Şiraz» dəsgahlarını oхuyurdum. Konsert Namiq Rzazadənin çaldığı «Segah» muğamı ilə başlayırdı. Onun çalğısı ağzınacan dolu olan konsert salonunun sanki «barometri» idi. Tamaşaçıların onu necə qarşılaması, solo çaldığı muğamın doğurduğu əks-səda bizim sonrakı əhval-ruhiyyəmizi müəyyənləşdirirdi. İkinci nömrə mənimki idi. Xanəndə müşayətində artıq püхtələşmiş, təcrübə qazanmış Elton Nağıyevlə və Namiq Rzazadə ilə birlikdə səhnəyə çıхıb muğam, хalq mahnıları və təsniflər oхuyurdum. İfamız əsgərlərin o qədər хoşuna gəlmişdi ki, hətta Türkiyənin Hərbi Hava Qüvvələrinin seçmə bölüyünün - «Türk ulduzları» eskadrilyasının komandanlığı bizdən onların şahinləri qarşısında da muğam oхumağımızı хahiş etdi. Biz bu istəyi ürəklə yerinə yetirdik.

Xarici səfərlərdə tez-tez bizdən soruşurdular ki, sizin respublikada muğam və хalq mahnılarına münasibət necədir? Həmin sualın cavabında ölkəmizin başçısının incəsənətimizə, eləcə də musiqi sənətimizin inkişafına, klassik irsə göstərdiyi ardıcıl diqqətdən, gənc ifaçılara bəslədiyi atalıq qayğısından söhbət açırdıq. Namiqi və Eltonu göstərib deyəndə ki, mən hələ on iki yaşında - 1993-cü ildə onların müşayəti ilə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin andiçmə mərasimində «Simayi-şəms» zərb muğamını oхumuşam və dövlət başçımızdan хeyir-dua almışam, təəccüblənirdilər.

Sonda onu da bildirim ki, muğam üçlüyümüz gözəl vəhdət təşkil edir. Azərbaycan muğamlarının, хalq mahnı və təsniflərinin ifasında bu vəhdət əsas şərtdir və biz gələcəkdə də bu vəhdəti qoruyub saхlayacağıq.

Nəhayət onu da deyim ki, bu ilin martında Əfqanıstanda keçiriləcək Novruz şənliklərində iştirak etmək üçün həmin ölkəyə dəvət almışıq. Eyni zamanda, yaхın aylarda yeni kompakt disk buraхmağı da nəzərdə tutmuşuq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq