Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan “Nabukko” layihəsinin reallaşmasında mühüm rola malikdir

Bakı, 1 fevral (AZƏRTAC). Dövlətlər arasında iqtisadi münasibətlərin inkişafında özünəməxsus yeri olan enerji sahəsi qloballaşan dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, dünyanın enerji təchizatında mühüm əhəmiyyətə malik ölkələr sırasında Azərbaycanın rolu sürətlə artmaqdadır.

XXI əsrin əvvəllərində dünyanın müxtəlif regionlarında enerji təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr irəli sürülmüşdü. Bu layihələr sırasında “Nabukko” boru kəməri layihəsi istər siyasi, istərsə də iqtisadi baxımdan daim diqqət mərkəzində olmuşdur. “Nabukko” - təbii qazın Türkiyədən - Bolqarıstan, Rumıniya və Macarıstanı keçməklə Avstriyaya qədər daşınmasını nəzərdə tutan layihədir. Bu kəmərin Ərzurumdan Avstriyanın ən böyük təbii qaz mərkəzi olan Baumqartenə qədər uzanması planlaşdırılır. Kəmər Avropanı təbii qazla təmin edən yeganə qaz xəttinə alternativ olaraq təklif olunmuş və enerji təhlükəsizliyini təmin etməyə yönəldilmişdir.

Layihəyə hazırlıq 2002-ci ilin fevralında Avstriyanın OMV və Türkiyənin BOTAŞ şirkətləri arasında aparılan danışıqlardan sonra başlamışdır. 2002-ci ilin iyununda beş şirkət “Nabukko” boru kəmərinin tikintisi ilə bağlı razılaşma protokolu imzalamış və bu protokol həmin ilin oktyabrında imzalanan Əməkdaşlıq haqqında razılaşma ilə təsdiqlənmişdir. 2003-cü ilin dekabrında Avropa Komissiyası layihənin gerçəkləşdirilməsinin təhlilləri, o cümlədən bazarın təhlili, texniki və maliyyə araşdırmaları üçün gözlənilən dəyərinin 50 faizi məbləğində qrant ayırdığını elan etmişdir. 2005-ci il iyunun 28-də “Nabukko”nun beş tərəfdaşı arasında növbəti razılaşma imzalanmışdır. 2008-ci il iyunun 11-də Azərbaycan qazının “Nabukko” boru kəməri ilə Bolqarıstana çatdırılması üçün birinci müqavilə imzalanmışdır.

Layihənin texniki göstəricilərindən danışarkən qeyd etmək lazımdır ki, ümumi uzunluğu 3 min 300 kilometr olacaq kəmər vasitəsilə ilk illərdə 4,5 milyard kubmetrdən 13 milyard kubmetrədək qaz nəql olunacağı gözlənilir. Bu həcmin 2 milyard kubmetrdən 8 milyard kubmetrə qədəri Baumqartenə, qalanı isə borunun keçəcəyi ölkələrin istifadəsinə veriləcəyi planlaşdırılır. 2020-ci il üçün bu həcmin ildə 31 milyard kubmetrə çatacağı gözlənilir. Ümumi dəyəri 7,9 milyard avro olan layihəni həyata keçirəcək əsas aparıcı şirkət Avstriyanın OMV şirkətidir.

“Nabukko” layihəsi Avropa regionu üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Avropa ölkələri bu layihənin icrasını mümkün qədər tezləşdirməyi vacib sayır və “Nabukko”nun reallaşmasında əsas mənbə rolunda məhz Azərbaycanı görür. Hələ 2006-cı ildə layihə ilə bağlı danışıqlar zamanı təbii qaz tədarükçüsü qismində əsas diqqət mərkəzlərindən biri Azərbaycan olmuşdur. Azərbaycanla yanaşı Misir, İraq, İran, Türkmənistan da əsas mənbələr sırasına aid edilirdi. Lakin real vəziyyətdə bütün resurslar təhlil edildikdən sonra Avropa İttifaqı hələ ki, Azərbaycana üstünlük verir. Azərbaycan isə enerji təchizatının şaxələndirilməsinə maraqlı olduğunu ən yüksək səviyyədə bəyan etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın Prezidenti Toomas Hendrik İlvesin 2009-cu ilin yanvarında ölkəmizə rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında demişdir: “Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirmişdir. Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər”.

Qərb ölkələri “Nabukko” layihəsinin reallaşmasını sürətləndirməyə çalışdıqları bir vaxtda rəsmi Bakı burada öz maraqlarının təminatını və layihə ilə bağlı digər dövlətlərin də üzərinə düşən missiyanın yerinə yetirilməsini vacib sayır. 2008-ci ilin noyabr ayında İtaliyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev bu ölkənin “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibəsində bununla bağlı demişdir: …“Nabukko” layihəsi gündəliyə gələndə həmin layihənin potensial təchizatçısı Azərbaycan deyil, digər mənbələr nəzərdə tutulurdu. Lakin bu gün “Nabukko” haqqında daha çox eşidəndə, biz Azərbaycanın qaz ehtiyatlarını görürük. Biz əsas qaz yataqlarımızın işlənilməsinə son vaxtlar başlamışıq. Hələlik hasilatı ən yüksək həddə çatdırmamışıq, ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail olacağıq. Bu gün Azərbaycan qazı artıq bazarlara çıxıb, biz üç ölkəyə qaz ixrac edirik və çox güman ki, istehlakçıların əhatəsi genişlənəcəkdir. Lakin “Nabukko” layihəsinin həyata keçirilməsi təkcə bizdən asılı deyildir. Bu, daha çox “Nabukko” şirkətlərinin fəaliyyətindən, tranzit məsələlərindən, Mərkəzi Asiya mənbələrinə qoşulma məsələlərindən asılıdır. Bu, daha geniş bir layihədir. Azərbaycan “Nabukko” layihəsində tranzit ölkə və zərurət yaranarsa, potensial təchizatçı rolu oynamağa hazırdır. Lakin eyni zamanda, onu demək istərdim ki, bu, təkcə bizim layihəmiz deyildir”.

“Nabukko” layihəsinin əhəmiyyətinin gündən-günə artması Avropada açıq bəyan edilir. Məsələn, “Nabucco Gas Pipeline İnternational” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek qeyd etmişdir ki, Rusiya ilə Ukrayna arasındakı qaz münaqişəsi “Nabukko” layihəsinin əhəmiyyətini artırmışdır. Belə ki, iki ölkə arasında bu sahədə dəfələrlə yaşanan mübahisələr Avropada uzunmüddətli qaz böhranlarına səbəb olmuşdur. Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında bir daha oxşar mübahisələrin yaşanmayacağına əmin deyil və bu səbəbdən alternativ enerji mənbələrinə böyük ehtiyac duyur. Aİ rəsmiləri öz bəyanatlarında dəfələrlə enerji mənbələrinin şaxələndirilməsində “Nabukko”nun əhəmiyyətini qeyd etmişlər.

Beləliklə, Azərbaycanın həm özünün nəhəng enerji ehtiyatları, həm də Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit rolu oynaması dünya dövlətlərinin ölkəmizə diqqətini daha da artırır.

Azərbaycanın enerji sahəsində strateji rolu dünyanın aparıcı media orqanları tərəfindən də geniş təhlil edilməkdədir. ABŞ-ın “United Press İnternational” portalında yer alan məqalədə qeyd olunmuşdur ki, bu gün Azərbaycana beynəlxalq miqyasda maraq olduqca böyükdür. ABŞ “Nabukko” və Türkiyə-Yunanıstan-İtaliya boru xətlərinin reallaşmasına lazımi dəstək verəcəyini bildirmişdir. İngilis dilində dərc edilən “Moscow Times” qəzetində isə Qafqazda reallaşdırılan enerji layihələrində başlıca rolun Azərbaycana məxsus olduğu vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan həm də tranzit əhəmiyyətinə görə, dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Məqalədə o da qeyd olunur ki, Qərbin böyük ümidlərlə baxdığı “Nabukko”nun da gələcək taleyi məhz Azərbaycanın əlindədir.

Bütün bunlar dövlətimizin bir daha dünyanın enerji siyasətində kifayət qədər vacib rol oynayan tərəflərdən biri kimi çıxış etdiyini göstərir. Məhz elə bu səbəbdən Azərbaycanın dünya üçün əhəmiyyətinin gündən-günə artdığı açıq etiraf edilir və ölkəmizlə əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə beynəlxalq maraq çoxalır.

İlahə Quliyeva

AZƏRTAC -ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib