AZƏRBAYCAN NEFTÇİLƏRİ 20 YANVAR FACİƏSİNİN QURBANLARINI YAD EDİRLƏR
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) YAP ərazi təşkilatının sədri Məhəmmədəli Məmmədzadə AZƏRTAC-a bildirmişdir ki, “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq şirkətin bütün müəssisələrində anma mərasimləri keçirilir və bu mərasimlərdə qanlı cinayətin səbəbkarları qətiyyətlə lənətlənir. Şirkət üzrə 3 şəhid ailəsi və Yanvar hadisələrində əlil olmuş 12 nəfərin hər birinə 1 milyon manat yardım edilmiş, “20 Yanvar” Fondunun hesabına isə 5 milyon manat köçürülmüşdür.
Ümumxalq hüzn günündə neft və qazçıxarma idarələrində ehsan süfrəsi açılacaq, ARDNŞ rəhbərliyi başda olmaqla on minlərlə neftçi Şəhidlər xiyabanını ziyarət edəcək, müstəqilliyimiz uğrunda canlarından keçənlərin məzarları üzərinə tər qərənfillər, “Əbədi məşəl” kompleksi önünə əklil qoyulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]