Azərbaycan Norveçdə keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq
Bakı, 20 may, AZƏRTAC
Norveç Krallığının paytaxtı Oslo şəhərində “İqlim Dəyişikliyinə dair Qlobal Kosmik Konfrans-2023” adlı tədbir keçiriləcək. Konfransda "Alov və buz: iqlim fəaliyyəti üçün məkan" mövzusu müzakirə ediləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi bu səfərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil edəcək. Deputat Norveçə mayın 22-də səfər edəcək.
Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Norveç Kosmik Agentliyi ilə birgə keçirilən və kosmos fəaliyyətlərinin gələcəyi, onun qlobal iqlim dəyişikliyinin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]