AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ MİLLİ PEYK LAYİHƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARMIŞDIR
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı altında nümayəndə heyəti Azərbaycanın milli peykinin buraxılması ilə əlaqədar ilkin İşçi Qrupun görüşündə iştirak etmək məqsədi ilə Türkiyəyə getmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndələr Türkiyə ilə Azərbaycanın milli peyki üçün orbital mövqe ətrafında müzakirələr aparacaq, Türkiyənin bu məsələdə təcrübəsi ilə tanış olacaqlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli kosmik peykin hazırlanması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdir. Təkliflərdə peyk barədə texniki məlumatlar verilmiş və peykin Azərbaycan üçün zəruriliyi əsaslandırılmışdır.
Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqələrinə, televiziya yayımına, kanalların sayının artmasına imkan yaradacaqdır. Milli peykin Avropanı əhatə etdiyi təqdirdə, Azərbaycanın Avropa-Asiya kanallarının yayımında tranzit ölkə kimi iştirak etməsi mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]