Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Gəncləri Günü ərəfəsində, fevralın 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordu, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti sıralarından seçilən döyüşdə və mənəvi-psixoloji hazırlıqda fərqlənən gənclər əvvəlcə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin və paytaxtın Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təşkilatçılar adından toplantı iştirakçılarını və qonaqları salamlayaraq deyib: “2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Bu tarixi gün 25 il öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis edilib. Bu, Ulu Öndərimizin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. Bütün Azərbaycan gəncləri kimi Azərbaycan Ordusunda xidmət edən gənclərimiz də ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoymuş xalqımızın böyük oğlu, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə minnətdardır. Ulu Öndər bizim üçün tarixi keçmiş, şərəfli bu gün, həm də daha parlaq gələcək deməkdir. Heydər Əliyevin ideyaları hələ uzun müddət Azərbaycan xalqının və dövlətinin yoluna işıq salacaq. Xalqımız və Ordumuzun şəxsi heyəti Heydər Əliyevin zəngin ideyalarından güc alaraq dövlətimizin başçısı, dahi rəhbərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da firavan gələcəyini quracaq.

Qeyd edilib ki, ölkəmizdə gənclər siyasətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətində yeni bir mərhələnin əsasını isə Prezident İlham Əliyev qoyub. Gənclərə qayğı bu gün ölkəmizdə milli dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib.

Toplantıda Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin yaratdığı böyük ruh yüksəkliyi ilə iştirak edən ordu gəncləri bir araya gələrək Müzəffər Ali Baş Komandanın uğurla apardığı daxili və xarici kursu bir daha dəstəkləyəcək, bu siyasətin icrasında daim dövlətimizin başçısının yanında olacaqlarını ölkə vətəndaşlarına və bütün dünyaya bəyan edəcəklər.

Polkovnik A.Qurbani ordu gənclərinin toplantısını idarə etmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant bölüyü komandiri, Vətən müharibəsi iştirakçısı, baş leytenant Məhəmməd Rəhimovu səhnəyə dəvət edərək estafeti rəmzi olaraq ona təqdim edib.

Göstərilən etimada görə minnətdarlıq edən baş leytenant M.Rəhimov ulu öndər Heydər Əliyevin vaxtilə gənclərə müraciətlə dediyi “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”, - fikirlərini xatırladıb.

Xalqımızın birliyi, həmrəyliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin igidliyi, şücaəti, dövlətimizin başçısının sərkərdə məharəti, Müzəffər Ali Baş Komandanın bu gün də yerində olan dəmir yumruğunun sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin rəmzi olan Zəfər bayrağı “Qələbə marşı”nın sədaları altında salona gətirilib.

Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün müdafiəsi, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz ifa olunub.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş Türkiyədə rəsmi səfərdə olan müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.

General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.

“Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi”, - deyə Baş Qərargah rəisi bildirib.

O vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir: “Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”.

Hərbi Hava Qüvvələrində xidmət edən gənclərin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, batareya komandirinin müavini kapitan Urxan Muxtarov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant bölüyü komandirinin şəxsi heyətlə iş üzrə müavini, Vətən müharibəsi iştirakçısı, kapitan Mehrab Əmirov, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Vətən müharibəsi iştirakçısı, baş leytenant Yusif Yusifzadə, Naxçıvan Muxtar Respublikasının keşiyində mərdliklə dayanan Əlahiddə Ümumqoşun Ordunun nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı tabor komandirinin müavini kapitan Şahin Zeynalov, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ürək-damar cərrahiyyəsi bölməsinin rəisi, Vətən müharibəsi iştirakçısı, tibb xidməti kapitanı Cavid İbrahimov, Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum Dəstəsinin dəniz xüsusi təyinatlı qrupunun komandiri, Vətən müharibəsinin 42-ci günündə yaralanan, ailənin yeganə övladı, baş leytenant Ruslan Abayev, doğumunun 15-ci günündə ana qucağında Zəngilandan məcburi köçkün düşən və Vətən müharibəsi döyüşlərində tank komandiri kimi fəal iştirak edərək igidliklər göstərən kapitan Bəhram Bəhramlı və başqaları çıxış edərək 2 Fevral - Azərbaycan Gəncləri Gününü uğur və nailiyyətlərlə qarşıladıqlarından danışıblar və bundan sonra da Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Vətən müharibəsində komandiri olduğu motoatıcı taborun şəxsi heyəti ilə mədəniyyət paytaxtımız Şuşayadək şanlı döyüş yolu keçən, Daşaltı kəndinin azad olunması uğrunda döyüşlərdə xüsusilə fərqlənən və şəhadəti ilə tarix yazan, adı tarixə yazılan Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Surxay Noçuyevin atası Əbdül müəllim alovlu çıxışı ilə toplantı iştirakçılarına qürurlu anlar yaşadıb.

Vətən müharibəsi iştirakçısı polkovnik Elvin Əzizov Azərbaycan Ordusu gənclərinin toplantısı iştirakçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciətini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə bildirilib ki, müstəqil Azərbaycan Respublikasının iqtisadi, siyasi, mədəni və ordu quruculuğu sahəsində son 19 ildə qazandığı uğur və nailiyyətlərin, ölkəmizin nüfuzunun dünyada daha da artmasının əsasında Azərbaycan Prezidentinin gərgin əməyi durur. Ordu gəncləri də bunu görür və yüksək dəyərləndirir: “Siz hər bir azərbaycanlının Prezidenti olmaqla, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirirsiniz. Ümummilli Liderimizin banisi olduğu dövlət gənclər siyasətində Prezidentimizin yeni bir mərhələnin başlanğıcını qoyduğu və gənclər siyasətini dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevirdiyi biz ordu gənclərini də hədsiz sevindirir. Sizin rəhbərliyinizlə qəbul edilmiş Dövlət proqramlarının, Azərbaycan gənclərinin inkişaf strategiyası və digər fərman və sərəncamların verdiyi imkanlardan Azərbaycan Ordusunun əsasını təşkil edən biz gənclər də bəhrələnirik. Ordumuzun qüdrətlənməsi, hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərimizin müsbət həlli, döyüş ruhumuzu və qələbə əzmimizi daha da artırır. Şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə dünyanın heç bir ölkəsində rast gəlinməyən diqqət və qayğı məhz Azərbaycanda göstərilir. Bütün bunlara görə Vətən əsgəri Sizə minnətdardır, cənab Prezident”.

Müasir mütəşəkkil Ordumuzun yaradılmasının ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib ki, bu Ordu Prezident İlham Əliyevin ölkəni məharətlə idarə etmək, yüksək peşəkarlıq, sərkərdəlik məharəti ilə daha da güclənmiş, qüdrətlənmiş, istənilən döyüş əmrini, hücum əməliyyatı tapşırığını yerinə yetirməyə hər an hazır olan əsl güc strukturuna çevrilib və 44 günlük Vətən müharibəsində düşməni susduraraq dünyanı heyrətə gətirən möhtəşəm Qələbəyə nail olub.

“Biz Aprel zəfərini, Günnüt zəfərini, Tovuz zəfərini, eləcə də Vətən müharibəsində qazandığımız böyük Zəfəri məhz Sizin rəhbərliyiniz, Ali Baş Komandanlığınız ilə qazanmış və Azərbaycanın şanlı hərb tarixinə yeni parlaq səhifə yazmışıq.

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə hələ bir neçə il əvvəl Bakı Konqres Mərkəzində keçirilən respublika toplantısında Sizin tarixi nitqinizi biz Ordu gəncləri də diqqətlə izləmişik. O vaxt da Siz Azərbaycan əsgərinin xidmətlərini yüksək qiymətləndirərək qeyd etdiniz ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır.

Müzəffər Ali Baş Komandan!

Biz Vətən müharibəsinin qanlı döyüş meydanlarında göstərdiyiniz etimadı canımızla, qanımızla doğrultduq. Bütün dünyaya göstərdik ki, Azərbaycanın tarixi torpaqları uzun müddət düşmən tapdağında qala bilməz.

Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, peşəkarlığı, vətənpərvərlik hissi çox yüksəkdir. Biz bundan sonra da Sizin arzularınızı gerçəkləşdirəcək, rəhbərliyinizlə bayrağımızı lazım olan zirvələrdə əzəmətlə dalğalandıracağıq. Ordu gəncləri Azərbaycan uğrunda hər bir əmrinizə hər an hazırdır, Müzəffər Ali Baş Komandan!”, - deyə müraciətdə vurğulanıb.

Sonda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir daha Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Toplantı “Ordu gəncləri böyük qüvvədir” adlı ədəbi-bədii proqramla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib