Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.