Azərbaycan Premyer Liqası: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib
Bakı, 25 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” və “Zirə” komandaları qarşılaşıb. Görüş “Qartallar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 20-ci dəqiqədə avtoqol müəllifi olan Vanderson Melo açıb. Rəhim Sadıxov 74-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Matçın yekun nəticəsini 77-ci dəqiqədə Rafael Utziq müəyyənləşdirib
Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Zirə” 4-cü pillədə qalıb. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0 hesabları ilə qalib gəlib. “Turan Tovuz” – “Neftçi” oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]