Azərbaycan Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Sabah" görüşü Tural Qurbanova həvalə olunub.
Açılış matçında üz-üzə gələcək “Zirə” və “Sumqayıt” komandalarının qarşılaşmasını isə Kamranbəy Rəhimov idarə edəcək.
15 sentyabr (cümə)
17:00. “Zirə” - “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
16 sentyabr (şənbə)
16:00. “Kəpəz” - “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu
18:00. “Araz-Naxçıvan” - “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika Stadionu.