Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz sərhədçilər!

Mən sizin hamınızı ürəkdən salamlayıram, seçdiyiniz şərəfli peşənizdə uğurlar arzulayıram.

Hər bir dövlət üçün sərhəd qoşunları dövlət müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ilk vaxtlar Sərhəd Qoşunları yox idi. Sərhədlərimiz, demək olar ki, qorunmurdu və şəffaf idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bu sahəyə diqqət yetirilmirdi. Azərbaycan müxtəlif xarici ünsürlər üçün açıq ölkəyə çevrilmişdi. O illərdə ölkəmiz terrora məruz qalmışdı, erməni terrorist təşkilatları tərəfindən 32 terror aktı törədilmiş, bunların nəticəsində 2 mindən çox insan həlak olmuşdu. Azərbaycanın sərhədləri qorunmurdu və ölkəmizin müstəqilliyi böyük təhlükə altında idi.

Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində Azərbaycan yalnız formal olaraq dövlət kimi fəaliyyət göstərirdi. Ölkəmiz öz siyasətini azad şəkildə apara bilmirdi və müxtəlif ölkələrin bəzi dairələrinin təsiri altına düşmüşdü. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan öz dövlət müstəqilliyini qorumağa, möhkəmləndirməyə başladı. Bu gün Azərbaycan tam mənada müstəqil dövlət kimi yaşayır və fəaliyyət göstərir, dünyada müstəqil xarici, iqtisadi siyasət aparır. Bütün başqa sahələrdə də apardığımız siyasət tam sərbəst və azad şəkildə həyata keçirilir. Biz Azərbaycan xalqının milli maraqlarını qoruyuruq və bu maraqları hər şeydən üstün tuturuq. Bu gün ölkəmizə təsir edə bilən heç bir qüvvə yoxdur. Biz bu müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik. Azərbaycanın Prezidenti kimi mən öz müstəqil siyasətimi aparacağam. Bu siyasət xalqın iradəsi ilə aparılır. Xalqımızın iradəsi və maraqları mənim üçün hər şeydən üstündür.

1993-cü ilə qədər Azərbaycan bütün sahələrdə ağır böhran keçirirdi. İqtisadiyyatımız dağılmışdı, ölkəmiz xaricdə öz mövqelərini qoruya bilmirdi, Ermənistan tərəfindən edilmiş təcavüz torpaqlarımızın itirilməsi ilə nəticələnmişdi, daxildə gedən xoşagəlməz proseslər ölkəmizi içəridən dağıdırdı. Daxili sabitlik pozulmuş və xalqımız böyük bəlalarla üzləşmişdi. Bütün başqa sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının yaradılması istiqamətində də Heydər Əliyevin siyasəti həlledici rol oynadı. Onun siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf etdi – iqtisadiyyat tərəqqi etdi, xarici siyasətdə böyük uğurlar əldə olundu. Ölkəmizdə mövcud olan sosial problemlər öz həllini tapırdı və gördüyünüz kimi, bu siyasət bu gün də davam etdirilir.

Sərhəd Qoşunlarının formalaşdırılmasında Heydər Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qoruyurlar. Xalqımızın ümummilli liderinin qərarı ilə Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə çox böyük müsbət dəyişikliklər baş vermişdir. Mən çox şadam ki, bu gün Azərbaycanın Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur.

Mövcud olan zəmanənin öz çətinlikləri vardır. Bilirsiniz ki, dünyada ölkələr beynəlxalq terrorizmlə mübarizədə birləşir. Qeyd etdiyim kimi, Azərbaycan da terrora məruz qalmışdır. Ona görə də sərhədlərimizin qorunması bu baxımdan da bizim üçün çox önəmlidir.

Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkəmiz bu baxımdan bölgədə liderdir və onu əldən vermir. Aparılmış iqtisadi islahatların, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan öz iqtisadi potensialını gücləndiribdir. Ölkəmizin maddi imkanları gündən-günə yaxşılaşır və bu mövcud olan sosial problemlərin həll olunmasına şərait yaradır. Azərbaycanda əmək haqları qaldırılır və demək istəyirəm ki, Sərhəd Qoşunlarında xidmət edən şəxsi heyətin əmək haqqı da artırılacaqdır.

Azərbaycanın iqtisadi maraqları çox yüksək səviyyədə qorunmalıdır. Ölkəmizin iqtisadi təhlükəsizliyi etibarlı şəkildə təmin olunmalıdır və bu sahədə Sərhəd Qoşunlarının da böyük rolu vardır. Qaçaqmalçılığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə imkan verilməməsi bizim üçün çox önəmlidir. Əlbəttə, problemlər də mövcuddur və onların aradan qaldırılması istiqamətində böyük addımlar atılır. Əminəm ki, Sərhəd Qoşunları bundan sonra da qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bilirsiniz ki, ölkəmiz uzun illərdir bu məsələni sülh yolu ilə həll etmək istəyir. Əfsuslar olsun ki, aparılmış bütün danışıqlar hələlik nəticə vermir. Vasitəçilik missiyasını öz üzərinə götürmüş tərəflərin fəaliyyəti də nəticəsizdir. Bəzən səslənən təkliflər və çağırışlar reallığı əks etdirmir. Azərbaycanın işi haqq işidir. Bizim torpaqlarımız işğal altındadır və beynəlxalq hüquq bizim tərəfimizdədir. Haqq-ədalət, iqtisadi imkanlar da bizim tərəfimizdədir. Ordu quruculuğunda böyük işlər görülübdür. Bilirsiniz ki, bu sahəyə böyük diqqət göstərilir, lazımi vəsait ayrılıbdır və bundan sonra da ayrılacaqdır. Bir neçə ildən sonra Azərbaycan iqtisadi cəhətdən çox güclü dövlətə çevriləcəkdir. Əlbəttə ki, ölkəmiz hərbi cəhətdən də üstünlüyü daha da möhkəmləndirəcəkdir.

Bir sözlə, bütün beynəlxalq normalar, reallıqlar Azərbaycanın tərəfindədir. Belə olan halda, bəzi çağırışlar, xüsusilə güzəştlə bağlı təkliflər bizim tərəfimizdən müsbət reaksiya ilə qarşılana bilməz. Ərazi bütövlüyü məsələlərində güzəşt ola bilməz! Mən bunu dəfələrlə bəyan etmişəm. Biz heç vaxt ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Çalışırıq və hələ ki, imkanlarımız, ümidlərimiz tükənməyibdir. Amma hər an, istənilən vaxt torpaqlarımızı başqa yolla, silahlı yolla azad etməyə hazır olmalıyıq. Bunu etmək üçün bizim bütün imkanlarımız - Azərbaycan xalqının birliyi, səfərbərliyi, ölkəmizin güclü ordusu, Azərbaycan rəhbərliyinin və xalqımızın iradəsi vardır.

Azərbaycan dövlətinin və hökumətinin siyasəti xalqımız tərəfindən dəstəklənir və bəyənilir. Bu iki gün ərzində mən bunun bir daha şahidi oldum. Quba, Qusar rayonlarında keçirdiyim görüşlər məni bir daha əmin etdi ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti dəstəkləyir. Mən bu dəstəyi ötən il keçirilmiş Prezident seçkilərində də hiss etdim, gördüm və bu dəstəyə arxalanıram. Seçkilərdən ötən dövr ərzində Azərbaycan bütün istiqamətlərdə çox uğurlu siyasət aparır. Ölkəmizin beynəlxalq əlaqələri inkişaf edir, biz dünyada mövqeyimizi gücləndiririk, ikitərəfli münasibətlər sahəsində çox uğurlu siyasət aparılır, iqtisadi baxımdan Azərbaycan inkişaf edir, əmək haqqı qaldırılır, digər sosial məsələlər öz həllini tapır. Heydər Əliyevin əsəri olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla inşa edilir. Mən şübhə etmirəm ki, qarşımıza qoyduğumuz bütün vəzifələr, məqsədlər həyata keçiriləcəkdir.

Mən Sərhəd Qoşunlarının inkişafına böyük önəm verirəm. Qeyd etmək istəyirəm ki, Sərhəd Qoşunlarının komandanlığı ilə mütəmadi olaraq əlaqə saxlayır, məsələlərlə maraqlanıram, mənə məruzələr edilir, təkliflər verilir. İstəyirəm biləsiniz ki, verilən bütün təkliflərə müsbət cavab verilir. Sərhəd Qoşunlarının inkişafına, onun infrastrukturunun yaradılmasına və güclənməsinə vəsait ayrılır. Bu vəsaitdən səmərəli istifadə olunur və beləliklə, Azərbaycanda yeni sərhəd dəstələri, zastavalar yaradılır. Bu proses davam etdiriləcəkdir. Mən qeyd etdim ki, Azərbaycanın Sərhəd Qoşunları qarşıda duran vəzifələri ləyaqətlə yerinə yetirir. Amma biz istəyirik ki, Sərhəd Qoşunları daha da güclənsin. Bunu etmək üçün, əlbəttə ki, maddi vəsait lazımdır və biz bu vəsaiti ayıracağıq. Azərbaycanın iqtisadi imkanları genişlənir. Ölkəmiz ildən-ilə zənginləşir, öz mövqelərini daha da möhkəmləndirir. İlk növbədə, ordu quruculuğuna və Sərhəd Qoşunlarının inkişafına vəsaitlər ayrılacaqdır.

Əziz sərhədçilər, mən sizi bir daha ürəkdən salamlayıram. Vətənimizin sərhədlərini ləyaqətlə qoruyun. Əminəm ki, siz bu vəzifənin öhdəsindən bundan sonra da gələcəksiniz. Sizə yeni-yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

X X X

Sonra Xudat sərhəd dəstəsinin şəxsi heyəti qaçaqmalçıların və sərhəd pozucularının yaxalanması, silahla müxtəlif hərəkətlərin yerinə yetirilməsi, maneələri dəf etmək üzrə müxtəlif təlim nümunələri göstərdilər.

Prezident İlham Əliyev şəxsi heyətin daha çox fərqlənmiş əsgər və zabitlərinə dövlət mükafatları təqdim etdi.

Xudat sərhəd dəstəsinin şəxsi heyəti hərbi marşın sədaları altında Ali baş komandan İlham Əliyevin qarşısından keçdi.

Dövlətimizin başçısına sərhəd dəstəsinin hərbi texnikası, rabitə vasitələri haqqında ətraflı məlumat verildi. Prezident İlham Əliyev əsgər kazarmaları ilə, muzeylə tanış oldu və əsgər yeməkxanasında sərhədçilərlə birlikdə nahar etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb