AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BUNDESTAQIN XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİNİ QƏBUL ETMİŞDİR
Səmimilik şəraitində keçən görüşdə Cənubi Qafqazda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, regional təhlükəsizlik məsələləri barədə ətraflı söhbət getdi, parlament qrupları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulandı. Bundestaqın komitə sədri parlamentlərarası əməkdaşlığın Almaniya üçün çox əhəmiyyətli olduğunu bildirərək, bu sahədə səyləri artıracaqlarını söylədi.
Prezident İlham Əliyev ölkəmizin ən çətin problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini xatırlatdı, eyni zamanda məsələnin ədalətli, beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmaqla həlli üçün Azərbaycanın göstərdiyi səylərdən danışdı.