AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərinin ikinci gününün sonunda öz iqamətgahında - “Bustan” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asxat Orazbayı qəbul etmişdir.
Səmimilik şəraitində keçən görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyətinin perspektivləri və bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri davam edir.