AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİSİRİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Sabir Əbdülqədir Mənsur etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Misirə səfərini xatırlayaraq, bu səfərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, o, ölkəmizdə diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Xalqlarımızın birgə dəyərlərə və mədəniyyətlərə malik olduğunu bildirən səfir, ikitərəfli münasibətlərin bütün sahələrdə davamlı olaraq inkişaf etdiyini vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında mövcud olan səmimi dost münasibətlərin daha da genişlənməsi üçün bütün səylərini əsirgəməyəcəkdir.
######
