Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “NEFTÇİ” FUTBOL KOMANDASININ ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında “Neftçi” futbol klubunun üzvlərini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV Moskvada “Birlik” kuboku uğrunda yarışda uğurlu çıxışlarına görə futbolçuları təbrik edərək dedi:

- Mən böyük qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. “Neftçi” komandası “Birlik” kubokunda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Çıxış etdiyi qrupda bütün rəqiblərini məğlub etmışdir. Ondan sonrakı mərhələdə də çox gözəl futbol nümayiş etdirmiş və finala çıxmışdır. Finalda çox güclü “Lokomotiv” komandası ilə oynamışdır və birinci qolu da vurmuşdur. Amma sonra məğlubiyyətə uğradı. Amma buna baxmayaraq, bu, çox böyük nailiyyətdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda idman yüksək səviyyədədir, Azərbaycanda idmanın bütün növləri inkişaf edir.

İndi “Lokomotiv”, Kiyevin “Dinamo” kimi dünya şöhrətli komandalarla bərabər səviyyədə oynamaq və Kiyev dinamoçuları üzərində qələbə qazanmaq çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl bu barədə heç söhbət də gedə bilməzdi. Hamımız yaxşı bilirik ki, Azərbaycanda futbol zəif inkişaf edirdi, demək olar ki, ümumiyyətlə, inkişaf etmirdi. Bunun səbəblərini mən indi bu gün açıqlamaq istəmirəm. Hamımız bunu yaxşı bilirdik. Amma son müddət ərzində, Futbol Federasiyasına yeni üzvlər seçiləndən sonra, klublara rəhbərliyə yeni şəxslər gələndən sonra biz gördük ki, qısa müddət ərzində futbolda çox gözəl dönüş yarandı.

Əvvəllər klubların vəziyyəti çox ağır idi və ümumiyyətlə, klublara sponsor cəlb etmək mümkün deyildi. Çünki, ümumiyyətlə, futbol təsərrüfatında hökm sürən o xaos, anarxiya və özbaşınalıq, əlbəttə, imkan vermirdi ki, kimsə gəlsin burada ciddi məşğul olsun.

Bilirsiniz ki, mən 7 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm və Azərbaycanda idmanın inkişafına çox böyük əhəmiyyət verirəm. Bu, həm sağlamlıq, həm normal həyat tərzi deməkdir, eyni zamanda, ölkənin imici deməkdir. Hər bir qələbə, beynəlxalq yarışda qazanılmış hər bir uğur ölkəni təbliğ edir. Ölkənin nəinki idman sahəsində, ümumiyyətlə, bütünlükdə potensialını təcəssüm etdirir. Çox heyifsilənirdim ki, dünyada ən baxılan, ən populyar idman növündə - futbolda Azərbaycan zəif çıxış edir. Hamımız yaxşı xatırlayırıq ki, beynəlxalq yarışlardakı o acı məğlubiyyətlər bizim insanlarımıza nə qədər böyük mənfi təsir göstərirdi. Buna baxmayaraq, Azərbaycan azarkeşləri həmişə futbolçuları dəstəkləyirdilər. Mən də xatırlayıram ki, beynəlxalq oyunları həmişə səbirsizliklə gözləyirdilər. Amma tribunalara gəlib o məğlubiyyəti görəndə, əlbəttə ki, bu, psixoloji baxımdan çox mənfi təsir göstərirdi.

Çox şadam ki, qısa müddət ərzində futbolda dönüş yarandı. Bizim həmişə güclü futbolçularımız olmuşdur. Bu gün bu qələbəni qazananlar da artıq neçə ildir ki, futbolla məşğul olurlar. Sadəcə olaraq, o qeyri-sağlam ab-hava, özbaşınalıq, qeyri-peşəkarlıq imkan vermirdi ki, bizim futbolumuz dirçəlsin, inkişaf etsin.

Bu gün biz düz yoldayıq. Bu gün ən populyar idman növü olan futbol Azərbaycanda çox sürətlə inkişaf edir, klublar güclənir. Mən şəxsən çox şadam və bunu dəstəkləyirəm ki, müxtəlif təşkilatlar klublara sponsorluq edirlər. Sponsorluq olmadan heç bir idman növünü, o cümlədən futbolu da inkişaf etdirmək mümkün deyildir. Mən əminəm ki, yaxın zamanlarda bizim komandalarımız dünya səviyyəli komandalara çevriləcəkdir.

Bilirsiniz ki, indi dünyada məşhur futbol komandaları, necə deyərlər, böyük bir şirkət halına çevriliblər. Futbol komandalarının həm maddi potensialı güclüdür, eyni zamanda, kommersiya fəaliyyəti də var. Yəni biz bu yola yaxınlaşırıq. Bu yol da sınanmış yoldur. Bütün inkişaf etmiş ölkələrdə futbol məhz bu yolla inkişaf edir.

Əlbəttə, finala çıxmaq böyük nailiyyətdir, böyük qələbədir. Amma hesab edirəm, razılaşarsınız ki, Ermənistanın futbol klubu üzərində qazanılan qələbəni mən ondan da böyük qələbə hesab edirəm. Bu, həqiqətən tarixi bir qələbə idi. Biz hamımız, bütün Azərbaycan xalqı bu qələbəni çoxdan arzulayırdıq. Düzdür, bizim idmançılarımız müxtəlif yarışlarda digər idman növlərində həmişə ermənilər üzərində qələbə qazanırdılar. O cümlədən Afinada keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançıları 5 medal qazanmışlar, Ermənistan heç bir medal qazanmamışdır. Ondan əvvəlki Olimpiya oyunlarında Azərbaycan 2 qızıl, 1 bürünc medal qazanmışdı, Ermənistan səhv etmirəmsə, 2 bürünc qazanmışdı, onun da birini əllərindən aldılar. Çünki orada da fırıldaq işlətmişdilər, dopinqdən istifadə etmişdilər. Həm də biabır oldular.

Bu bir həqiqətdir, indi iki ölkənin idman potensialını biz əgər müqayisə etsək, görərik ki, bunların arasında böyük uçurum var. Bu, belə də olacaqdır. Amma futbol, yenə də deyirəm, ən populyar, ən izlənən idman növüdür və həmin oyun mötəbər beynəlxalq yarış çərçivəsində keçirilmişdir və inamlı qələbəmiz bir daha göstərdi ki, Azərbaycan idmançıları, Azərbaycan gəncləri nəyə qadirdirlər. Bu, bizim hamımız üçün çox böyük qələbə idi. Yəni bunu sözlə ifadə etmək mümkün deyildir. İnanmıram belə bir söz tapılsın ki, biz bunu ifadə edə bilək. Siz bütün xalqa, bütün millətə sevinc, qələbə bəxş etmisiniz. Azərbaycan bayrağını qaldırmısınız. Ermənilər üzərində bu inamlı qələbə təkcə idmanda qazanılan qələbə deyil, bu, ümumiyyətlə, bizim qələbəmizdir. Biz qələbə çalacağıq.

Bu gün Azərbaycanın inkişafı, Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi potensialının güclənməsi, beynəlxalq müstəvidə qazanılmış diplomatik uğurlar göz qabağındadır. O cümlədən bu yaxınlarda Avropa Şurasında Ermənistanı ifşa edən, onların təcavüzkar siyasətini pisləyən, onları separatçı adlandıran sənədlər qəbul edilmişdir. Biz bu qələbələri hər bir istiqamətdə qazanmalıyıq ki, nəhayət, Azərbaycan öz doğma torpaqlarını azad etsin, işğalçı qüvvələr oradan çıxsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz hər yola hazırıq və hazır olmalıyıq. Əgər danışıqlar yolu heç bir səmərə verməsə, Azərbaycan xalqının iradəsi var, qüdrəti var, səfərbərliyi var və gücü var ki, öz torpağını azad etsin.

Mən sizi bu böyük qələbə - bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər birinizə - komandanın oyunçularına, məşqçilərə, “Neftçi” futbol klubunun rəhbərlərinə öz dərin minnətdarlığımı bildirirəm. İndi “Neftçi” futbol klubuna Heydər Əliyev adına Bakı neft emalı zavodu rəhbərlik edir. Görürəm ki, zavodun rəhbərləri də bu məsələyə çox ürəklə, çox istəklə, ciddi yanaşırlar. Bu, belə də olmalıdır. Biz hamımız çalışmalıyıq ki, kimin harada nə imkanı var, o imkanlar bir yerə çəmləşdirilib ümumi işimizə töhfə versin.

Mən bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, bundan sonra öz parlaq qələbələrinizlə Azərbaycan xalqını neçə-neçə dəfə sevindirəsiniz. Sağ olun.

X X X

“Neftçi” komandasının veteran futbolçusu VİDADİ RZAYEV onları qəbul etdiyinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi ki, biz ermənilərlə oynayanda klubumuzun rəhbəri Rövnəq Abdullayev dedi ki, ilk öncə Prezidentimiz İlham Əliyev və Azərbaycan xalqı sizdən qələbə gözləyir. Bu, bizi daha da ruhlandırdı, Sizin adınızı eşidəndən sonra ruh yüksəkliyimiz birə min artdı. Biz çalışdıq ki, Sizi və xalqımızı sevindirək.

“Neftçi” komandasının baş məşqçisi AĞASƏLİM MİRCAVADOV dövlətimizin başçısına müraciətlə dedi ki, biz çox sevinirik, klubumuz Heydər Əliyev adına Bakı neft emalı zavodunun nəzdindədir. Bu ad bizim üçün liderdir və həmişə olacaqdır. Turnirdə 5 görüşdən 4-də qələbə qazandıq, birində isə məğlub olduq. Amma bütün oyunları yüksək səviyyədə keçirdik. Bunu bütün mütəxəssislər, o cümlədən Rusiya mütəxəssisləri də etiraf etdilər. Hətta “Lokomotiv”lə oyundan sonra onların baş məşqçisi Yuri Syomin dedi ki, oyun bərabər səviyyədə keçdi, amma bizim bəxtimiz gətirdi. Ancaq bizim əsas oyunumuz ermənilərlə idi. Bu bizim üçün tarixi oyun idi, yanvarın 19-dan 20-nə keçən gecə, 1990-cı il faciəsinə iki saat qalmış qurtardı. Rövnəq müəllim Sizin ürək sözünüzü bizə çatdırırdı. Ona görə də ruh yüksəkliyi ilə qələbəni qazandıq. Bizi bu qələbəyə ruhlandıran Siz idiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda bütün idman növləri, o cümlədən futbolumuz inkişaf edir. Biz həmişə Sizin diqqət və qayğınızı hiss edirik. Buna görə də Sizə hamımızın adından minnətdarlıq edir, cansağlığı arzulayırıq.

“Neftçi” futbol klubunun prezidenti RÖVNƏQ ABDULLAYEV görüşdə çıxış edərək dedi: Hörmətli cənab Prezident, icazə verin, Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, idmanında və başqa sahələrdə qələbələrinizə, xüsusi xidmətlərinizə görə minnərdarlığımızı bildirək və Sizə çox sağ ol deyək. İcazə verin, qələbəmizin medalını Sizə təqdim edək. Bu qələbə Sizindir, Sizin hesabınıza qazanılıbdır.

X X X

Sonra Azərbaycan Prezidentinə “Neftçi” klubu adından xatirə hədiyyələri təqdim olundu.

Prezident İLHAM ƏLİYEV hədiyyələrə görə təşəkkür edərək dedi: Həmin oyun haqqında məndə kifayət qədər məlumat var və bilirəm ki, oyun ərəfəsində ermənilər müxtəlif təkliflər də vermişdilər ki, püşkatma olsun, yaxud da ümumiyyətlə, oyun baş tutmasın. Bu, onu göstərirdi ki, onlar çox narahat idilər. Narahat idilər ki, bir tərəfdən yəqin ki, sizin gücünüzü artıq görürdülər, hiss edirdilər ki, siz onlardan üstünsünüz. Digər tərəfdən bu, onların yumşaq desək, bu məsələlərə yanaşmasından xəbər verir. Amma mən bilirəm ki, futbolçularımız oyuna birmənalı şəkildə böyük əzmlə, iradə ilə hazırlaşmışdılar, mənə bu gün Rövnəq deyir ki, heç gecəni də yatmamışdılar, onların bütün fikri, düşüncələri oyun haqqında idi. Əlbəttə ki, peşəkarlıqla bərabər, bu ruh yüksəkliyi imkan verdi ki, siz o qələbəni qazanasınız.

Mən oyunu izləyirdim və görürdüm ki, həqiqətən, - bu televiziyada baxanda da hiss olunurdu, - oyunçularımızda nə qədər böyük əzm, iradə var. Bu, çox böyük nailiyyətdir və mən çox şadam ki, belə bir qələbə qazanıldı. Əminəm ki, gələcəkdə də neçə-neçə qələbə olacaqdır.

Bir daha sizin hamınızı təbrik edirəm. Bu tarixi qələbənin qazanılması ilə əlaqədar sizə ölkə Prezidenti kimi öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.

X X X

Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb