AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV Sİ-Sİ-AY-Sİ ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Prezidentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nəcib Xuri xarici şirkətlərin Azərbaycanda sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, təmsil etdiyi şirkət tərəfindən ölkəmizdə son illər həyata keçirilən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir.
Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər və iş adamları üçün bundan sonra da daim dövlət qayğısının göstəriləcəyini bildirmişdir.
Sonra neft sektorunun infrastruktur təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev iştirak etmişdir.