Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XUDAT SƏRHƏD DƏSTƏSİNİN ŞƏXSİ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Xudat sərhəd dəstəsinin şəxsi heyəti ilə görüşmüşdür.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidentini, Ali baş komandanı qarşıladı və ona raport verdi.

Ali baş komandan İlham Əliyev əsgərləri salamladı.

Əsgərlərin ifasında Azərbaycanın dövlət himni səsləndi.

Görüşü Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev açdı.

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ, SƏRHƏD

QOŞUNLARININ KOMANDANI

GENERAL-LEYTENANT ELÇİN QULİYEVİN

ÇIXIŞI

- Cənab Ali baş komandan!

Dövlətimizin gələcəyi, xalqımızın rifahı naminə gərgin iş rejiminə baxmayaraq, şəxsi heyətimizi Ali baş komandanla görüşmək şərəfinə layiq bilərək, bu günü Dövlət Sərhəd Xidmətinin həyatında əlamətdar etdiniz. İcazə verin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti adından Sizi salamlayaraq, bu tarixi hadisə ilə əlaqədar keçirdiyimiz iftixar hissi ilə yanaşı, dərin minnətdarlığımızı və ehtiramımızı çatdırım.

Cənab Ali baş komandan!

Cənab çavuşlar, gizirlər və əsgərlər!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən dövlət sərhədlərinin mühafizə altına götürülməsi, Sərhəd Qoşunlarının formalaşması və təşəkkül tapması, əldə edilmiş uğur və nailiyyətlərimiz böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan gənclərinin ali hərbi təhsil müəssisələrinə cəlb edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı sərhədçi-zabit kadrlarının yetişdirilməsi, respublika ərazisində yerləşən sərhəd dəstələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dahi öndərimizin gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Respublikası keçmiş sovet respublikaları arasında öz sərhədlərini müstəqil qoruyan ilk dövlət olmuşdur. Qürur hissi ilə qeyd edirəm ki, üçrəngli bayrağımızın Azərbaycanın Silahlı Qüvvələrində ilk dəfə olaraq, 1992-ci il sentyabrın 29-da ümummilli liderimiz Heydər Əliyevin göstərişi və bilavasitə iştirakı ilə Naxçıvan sərhəd dəstəsində qaldırılması Azərbaycanın sərhəd mühafizəsi tarixində ən şanlı səhifələrdəndir.

Müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də şimal və şimal-qərb sərhədlərinin mühafizə altına götürülməsi idi. Həmin dövrdə ölkədəki xaos və hərc-mərclik dövlət sərhədlərinin mühafizə altına götürülməsinə ciddi maneələr yaratmışdı. 1993-cü ildə ümummilli liderimizin hakimiyyətə qayıdışı ordu quruculuğunun bütün sahələrində olduğu kimi, Sərhəd Qoşunlarının da inkişafında, o cümlədən sərhədlərin mühafizə altına götürülməsi işində mühüm rol oynadı. Yarandığı müddətdə zəruri sərhəd infrastrukturu olmayan Xudat sərhəd dəstəsi qısa müddət ərzində müasir sərhəd xidməti tələblərinə cavab verən mobil sərhəd dəstəsi səviyyəsinə yüksəlmişdir. Xidmət müddəti ərzində sərhəd dəstəsinin əldə etdiyi nailiyyətlər sırasında dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən separatçı və cinayətkar qrupların, yaraqlı dəstələrin zərərsizləşdirilməsi, dövlət sərhədində 25 sərhəd məntəqəsinin tikilib istifadəyə verilməsi, beş minə yaxın sərhəd pozucusunun saxlanılmasını, dövlət sərhədində külli miqdarda qaçaq malın, narkotik maddələrin, silah-sursatın, alışdırıcı və partlayıcı maddələrin keçirilməsinin qarşısının alınmasını qeyd etmək istərdim.

Önəmlidir ki, bu nailiyyətlərin və aparılmış quruculuq işlərinin arxasında yerli əhalinin sərhədçilərə dəstəyi, icra hakimiyyəti və hüquq mühafizə orqanlarının yaxın köməyi durmuşdur. Sərhəd rejimi haqqında təsəvvürə malik olmayan yerli əhali bu gün dövlət sərhədinə müqəddəs məfhum kimi münasibət bəsləyir.

Bununla yanaşı, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və faydalı əməkdaşlıq müstəvisində inkişafı, bu istiqamətdə Azərbaycan Prezidenti tərəfindən atılan ciddi addımlar sərhəd mühafizəsinin müasir tələblər səviyyəsində qurulmasına, transsərhəd əlaqələrinin genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Möhtərəm Prezident,

Yaradıcısı dahi Heydər Əliyev olan Dövlət Sərhəd Xidməti gələcəyinə inamla baxır. Bu, ümummilli liderimizin və Sizin Azərbaycanın sərhəd mühafizəsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə göstərdiyiniz qayğının nəticəsidir. Bu gün biz qarşımızda duran vəzifələrin müasir tələblər səviyyəsində yerinə yetirilməsi üçün tədbirlər görürük. Bu məqsədlə perspektiv inkişaf proqramı hazırlanmışdır və həyata keçirilir. Həmin proqram əsasında dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi, o cümlədən beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə imkanlarımızın genişləndirilməsi, yeni sərhəd məntəqələrinin əsaslı tikintisi, dövlət sərhədində mühəndis-texniki qurğuların bərpa edilməsi, qoşunların döyüş və səfərbərlik hazırlığının artırılması, müasir idarəetmə infrastrukturunun yaradılması, kadrların təkmilləşdirilməsi, buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir tələblər səviyyəsində təşkil edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının inkişafı, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatının yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülür. Xəzər dənizində dövlət sərhəd mühafizəsinin gücləndirilməsi, neft yataqlarının və ixrac boru kəmərlərinin mühafizəsi qarşımızda duran əsas vəzifələrdəndir. Bu məqsədlə cari ilin may ayında Lənkəran, Xudat və Şəmkir sərhəd dəstələrinin gözətçi gəmilərinin və aviasiyasının cəlb edilməsi ilə Xəzər dənizinin Azərbaycana məxsus bölməsində taktiki təlimlər keçirilmişdir.

2003-2004-cü illərdə Dövlət Sərhəd Xidmətinə ayırdığınız vəsaitlə, əsasən, aşağıdakı işlər görülmüşdür: Zaqatala, Horadiz və Şəki sərhəd dəstələrində, 40-a yaxın sərhəd zastavasının, sərhədçilərin hazırlanması üçün təlim-tədris mərkəzinin tikintiləri başa çatdırılmışdır. Xudat və Zaqatala sərhəd dəstələrində hərbi şəhərciklərin, idman komplekslərinin, Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatının və hərbi hospitalının tikintisi yaxın zamanda yekunlaşacaqdır.

Möhtərəm Prezident, cari ilin yanvar ayından etibarən Dövlət Sərhəd Xidməti ilə əlaqədar 8 fərman və sərəncam imzalamağınız, o cümlədən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin say tərkibinin artırılması, Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyasının yaradılması və digər tədbirlər sərhəd xidmətinə xüsusi diqqətinizin təzahürüdür. Bu, bizim şəxsi heyətimizi xidmətdə daha yüksək nailiyyətlər əldə etməyə ruhlandırmışdır. Bu münasibət bizim üçün şərəf və böyük etimaddır. Biz bu məsuliyyəti dərk edir, qarşımızda qoyduğunuz vəzifələri və göstərişlərinizi yüksək səviyyədə icra etmək üçün daim çalışırıq.

Möhtərəm Prezident, cənab Ali baş komandan! Bütün şəxsi heyətimiz adından Sizi əmin edirəm ki, Heydər Əliyev ideyalarına sadiq olan Azərbaycan sərhədçiləri Prezidentə, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək, dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edərək, göstərdiyiniz yüksək etimadı doğruldacaqdır.

X X X

Prezident İlham Əliyev sərhədçilər qarşısında nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb