AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ BİLKƏND UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Ölkəmizin Ankaradakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın tanınmış ali təhsil ocaqlarından olan Bilkənd Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
Universitetin qurucusu və İdarə heyətinin sədri, dünya şöhrətli cərrah professor İhsan Doğramacının səfirliyə göndərdiyi məktubda deyilir ki, bu barədə təklif Bilkənd Universitetinin Senatı tərəfindən irəli sürülmüş və İdarə heyəti həmin təklifi yekdilliklə bəyənmişdir.
İ.Doğramacının məktubunda fəxri doktor diplomunun Azərbaycan Prezidentinə onun Türkiyəyə qarşıdakı rəsmi səfəri zamanı təqdim edilməsinin arzu olunduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]