AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də Batumidə “İntourist Palace” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olundu. Bu cür yüksək səviyyədə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığının inkişaf etdiyi qeyd olundu.
Bildirildi ki, Azərbaycan-Polşa əlaqələri Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı baxımından da əhəmiyyətlidir. Dövlət başçıları əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etdilər.
######
