AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısını böyük səmimiyyətlə qarşıladı.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyi vurğulandı, ikitərəfli əlaqələrin genişlənməsinin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi apardılar.
######
![]() |
![]() |

