Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Burada deyildi, Əlixan Məlikov da qeyd etdi ki, bu layihə üzərində uzun illərdir iş gedirdi. Keçmişdə də İranla bizim aramızda aparılmış bütün danışıqlarda bu məsələ, demək olar ki, həmişə gündəliyə salınıbdır və bunun müxtəlif variantları var idi. Bilirsiniz ki, keçmişdə Azərbaycanın o qədər də böyük imkanı yox idi ki, bu məsələni mübadilə yolu ilə həll etsin. Çünki bizim öz qaz hasilatımız tələbatımızı ödəmir və belə olan halda, əlbəttə, onu başqa ölkəyə ötürmək də olmurdu. Amma artıq bir neçə ildir ki, xüsusi proqram çərçivəsində Rusiyadan təbii qazın alınması təşkil edilibdir. Alınan qazın həcmi ildən-ilə artır. Biz ildə bir milyard kubmetrdən başlamışdıq. İndi Rusiyadan alınan təbii qazın həcmi ildə 5,5 milyard kubmetrdir. Onu da qeyd etməliyəm ki, bu qazı Azərbaycan Dövlət Neft Şirkəti öz pulu hesabına alır və faktiki olaraq, təmənnasız, pulsuz həm “Azərenerji”yə - elektrik stansiyalarına ötürür, eyni zamanda, “Azəriqaz”a da imkan verir ki, Neft Şirkəti tərəfindən hasil edilən qazı əhaliyə versin.

Bir sözlə, bu gün Azərbaycan bütün mənbələrdən – daxili və xarici mənbələrdən ildə təxminən 10 milyard kubmetr qaz əldə edir. Keçmişdə, ötən əsrin 80-ci illərində Azərbaycan, demək olar ki, təbii qaza olan bütün tələbatını ödəyirdi. Bu gün isə 10 milyard kubmetr qaz alırıq, amma hələlik əhalinin və müəssisələrin ehtiyaclarını tam həcmdə ödəyə bilmirik.

Onu da qeyd etməliyəm ki, Rusiyadan alınan hər 1000 kubmetr qazın qiyməti 52 dollardır. Əgər biz dollarla hesablasaq, Azərbaycanın daxilində hər 1000 kubmetr 8 dollara satılır. Bu isə onu göstərir ki, dövlət, yəni Dövlət Neft Şirkəti Azərbaycanda bütün qaz istehlakçılarına böyük həcmdə subsidiyalar verir. Bəlkə də çox adam bilmir, amma həqiqət budur. Əgər biz Azərbaycanda hasil edilən qazın hər 1000 kubmetrinin qiymətini 52 dollardan hesablasaq, görərik ki, əhaliyə və müəssisələrə verilən qazın dəyəri 600 milyon dollara bərabərdir. Azərbaycan dövləti hər il əhaliyə və müəssisələrə 600 milyon dollarlıq qazı subsudiya formasında verir. Düzdür, bu məbləğin müəyyən hissəsi yığılır, amma çox hissəsi yığılmır. “Azəriqaz” ildə nə qədər qaz pulu yığır?

ƏLİXAN MƏLİKOV: Cənab Prezident, 250 milyard manat.

İLHAM ƏLİYEV: 250 milyard manat, yəni 50 milyon dollar. “Azərenerji” də bu qədər yığırdı. İndi də təxminən o qədər yığır. Yəni biz 600 milyon dolların əvəzində cəmi 100 milyon dollar yığırıq. Yığılan bu vəsaitin də böyük əksəriyyəti “Azərenerji” ilə “Azəriqaz”ın daxili ehtiyaclarına sərf olunur.

Dövlət Neft Şirkəti ildə “Azərenerji”yə təxminən 2 milyon ton mazut da verir, bunun qiyməti, haradasa, 300 milyon dollar, bəlkə də çox edir. Yəni, biz mazutda da 300 milyon dollar itiririk. 600 milyon dollar qazda, 300 milyon dollar mazutda, bu, 900 milyon edir. Bunun müqabilində “Azəriqaz”la “Azərenerji” 100 milyon dollar yığır. Elədir?!

NATİQ ƏLİYEV (ARDNŞ-ın prezidenti): Cənab Prezident, dövlət az qala 1 milyard dollar itirir.

İLHAM ƏLİYEV: Bəli, 1 milyard dollar. Bizim büdcəmiz bu il 1 milyard 500 milyon dollar idi. Sonra biz bunu artırıb 1 milyard 600 milyon dollar etdik. Yəni, Azərbaycan 1 milyard dollar dəyərində subsudiya verir. Heç bir ölkədə belə deyil. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz, ilk növbədə, sosialyönümlü siyasətdir. Azərbaycan bazar iqtisadiyyatı prinsiplərini çox yüksək tutur. Biz bu prinsiplərə sadiqik və Azərbaycanda özəl sektor, sahibkarlıq inkişaf edir, yeni müəssisələr yaradılır. Özəl sektorun ümumi daxili məhsulda həcmi 75 faizdir. Amma eyni zamanda, Azərbaycanda 1 milyard dollar dəyərində sosial proqramlar həyata keçirilə bilər, mövcud olan bütün başqa problemlər öz həllini tapa bilərdi. Amma biz bu vəsaiti əhaliyə qaz və işıq şəklində veririk. Sonra isə qazın və işığın pulunu ala bilmirik. Hətta bu pulu 100 faiz yığsaq belə, yenə o xərclərin 20 faizini də ödəmir.

Bəlkə də bu məsələnin indiki müşavirəyə birbaşa aidiyyəti yoxdur. Amma mən bunu, sadəcə, ona görə deyirəm ki, hamı bilsin ki, bu nə qədər böyük yükdür. Belə olan halda, əlbəttə, biz - “Azərenerji” və “Azəriqaz” - haqlı olaraq tələb etməliyik ki, qaz və işıq pulları vaxtlı-vaxtında ödənilsin. Çünki bu, dözülməz bir haldır. Heç bir başqa ölkədə 8 dollara 1000 kubmetr qaz tapmaq mümkün deyildir. Qonşu ölkələrə, MDB ölkələrinə baxın. Orada qazın 1000 kubmetrinin qiyməti 80-100 dollardır. Türkiyədə 120 dollardır. Gürcüstanda da o qədərdir. Amma Azərbaycanda 8 dollardır. Bu, ciddi məsələdir. Əlbəttə, bu məsələyə baxılmalıdır və biz buna baxacağıq.

Mən yenə də bizim məsələyə qayıtmaq istəyirəm. Əvvəllər Azərbaycanın İranla məsələni mübadilə yolu ilə həll etməyə imkanı yox idi. İndi belə imkanlarımız var. İrana mübadilə yolu ilə veriləcək 300-400 milyon kubmetr qaz Azərbaycan tərəfindən ya daxildə hasil ediləcək, ya da xaricdən alınacaqdır. Yenə təxminən o qiymətə. Biz bunu edirik və etməliyik. Azərbaycanda təbii qaza olan tələbat tam şəkildə ödənilməlidir, elektrik enerjisinə olan tələbat da ödənilməlidir. Bu məqsədlə yeni elektrik stansiyaları tikilir. Yaponiyanın krediti hesabına “Şimal” elektrik stansiyası tikilibdir, ona böyük vəsait ayrılıbdır. Azərbaycan gərək o krediti, borcu gələcəkdə qaytarsın.

Sumqayıtda 500 meqavat gücündə yeni stansiyanın tikintisi nəzərdə tutulur. O da kredit hesabınadır. Kredit o deməkdir ki, vaxt gələcək, o vəsait qaytarılmalıdır. Amma energetika təhlükəsizliyi bizim üçün çox vacibdir.

Bu gün Azərbaycan, bəlkə də, yeganə ölkələrdən biridir ki, elektrik enerjisi baxımından heç kimdən asılı deyildir. Düzdür, biz xaricdən elektrik enerjisi də, qaz da alırıq, amma eyni zamanda, xam nefti də ixrac edirik. Rusiyadan qazı alırıq, Rusiyaya neft ixrac edirik. Əgər o qazı almasaq, nefti də ixrac etməyəcəyik. O nefti bizim zavodlarımızda emal edib, mazuta çevirib yenə də elektrik enerjisinin istehsalına yönəldəcəyik. Bu baxımdan Azərbaycan əlverişli vəziyyətdədir.

Yenə də qeyd etməliyəm ki, bu vəziyyəti hamımız üçün xalqımızın ümummilli lideri Heydər Əliyev yaratmışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda neftayırma zavodlarının yenidən qurulması, bərpası nəticəsində, yeni qurğuların tikilməsi nəticəsində çox güclü infrastruktur yaradıldı. Əgər o neft emalı zavodları olmasaydı, əlbəttə, Azərbaycan çox çətin vəziyyətə düşərdi. Əgər Mingəçevirdə Azərbaycan DRES-i tikilməsəydi,- hansı ki, elektrik enerjisinin böyük əksəriyyətini verir, -Azərbaycan bu gün çox çətin vəziyyətdə olardı.

Naxçıvanı qazla, işıqla təmin etmək bizim prioritet məsələmizdir. Biz bu barədə qərarlar qəbul etmişik. Onu da qeyd etməliyəm ki, İranla elektrik enerjisi mübadiləsi məsələsi də öz həllini tapıbdır. İmişli-Parsabad yeni xəttinin çəkilməsi nəzərdə tutulur və o çəkiləndən sonra iki ölkə arasında elektrik enerjisi mübadiləsi 700 meqavata çatacaqdır. Belə olan halda biz Naxçıvanı tam şəkildə elektrik enerjisi ilə təmin edə biləcəyik. Bu layihə təxminən iki ilə başa çatacaq və ümid edirəm, 2006-cı ildə Naxçıvanda qaz, işıq problemi aradan qaldırılacaqdır. Bu da imkan verəcək ki, insanlar rahat yaşasınlar, Naxçıvanın sərt qışına dözə bilsinlər və Naxçıvan iqtisadi cəhətdən daha da inkişaf etsin. Yeni müəssisələr, zavodlar, fabriklər yaransın. Yəni enerji həyat, inkişaf deməkdir.

Mən çox şadam ki, bu məsələlər bu gün burada müzakirə olundu. Naxçıvanlılar da bunu bilməlidirlər. Bu yaxınlarda burada işlərə başlanacaqdır. Mən istərdim ki, burada görüləcək işlərdə yerli kadrlar çox fəal iştirak etsinlər. Bu tikintilərdə maksimum dərəcədə yerli camaat işləsin. Çünki bunlar böyük işlərdir. Həm magistral kəmərlər, həm də paylayıcı xətlər, binadaxili xətlər və sair. Ümid edirəm ki, bir il ərzində “Azəriqaz” bütün məsələləri həll edəcək və bir ildən sonra, 2005-ci ilin sonlarında biz Naxçıvana ilk qazın verilməsini qeyd edə bilərik. Hər halda, əldə edilmiş razılaşmalar bunu deməyə əsas verir.

Qeyd etməliyəm ki, İranla Azərbaycan arasında bu məsələdə çox gözəl əməkdaşlıq var. Siz bilirsiniz ki, İran İslam Respublikasının Prezidenti cənab Xatəmi mənim dəvətimlə Azərbaycana səfər etmişdir. Bir sıra çox vacib sənədlər imzalanmışdır. Ölkələrimiz arasında olan iqtisadi əlaqələr güclənir, ticarətin həcmi artır. Qaz, elektrik enerjisi mübadiləsi hər iki tərəf üçün çox faydalı layihələrdir. İstəyirəm, onu da biləsiniz.

Azərbaycan yay aylarında İrana elektrik enerjisi verir. Bu da İrana kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və yığımı üçün lazımdır. Biz isə İrandan elektrik enerjisini qış aylarında alırıq. İrandan Naxçıvana qaz alacağıq. Azərbaycandan, Astaradan İrana qaz verəcəyik. Yəni bunlar hər iki tərəf üçün faydalı razılaşmalardır. Mən çox məmnunam, şadam ki, nəhayət, bu məsələlər öz həllini tapıbdır.

Onu da bildirmək istəyirəm ki, danışıqlar əsnasında Ordubad su elektrik stansiyasının tikintisi də müzakirə olunmuşdur. Bilirsiniz ki, bu, Naxçıvanın enerji təhlükəsizliyi və müstəqilliyi üçün çox vacib bir layihədir. O layihə barədə uzun illərdir söhbət gedir. Biz şifahi qaydada razılaşdıq ki, bu məsələ ilə əlaqədar gələcəkdə danışıqlar aparılsın. Ümid edirəm ki, bu məsələ də öz həllini tapa bilər. Əgər biz bunu da etsək, Naxçıvan üçün əlavə 42 meqavat elektrik enerjisi əldə edə bilərik. Əlbəttə, İrandan mübadilə yolu ilə gələn elektrik enerjisi, qaz Naxçıvanın bütün tələbatını ödəyəcəkdir. Amma biz istəyirik Naxçıvanın özündə elə bir infrastruktur yaradılsın ki, tam müstəqil şəkildə, heç kəsdən asılı olmayaraq öz tələbatını ödəsin.

Keçən dəfə, may ayında burada olarkən biz Vayxır su anbarının tikintisinə baş çəkdik, vəziyyətlə tanış olduq. Vasif Talıbov təklif etmişdi ki, orada kiçik bir elektrik stansiyası tikilsin. Mən də Bakıya qayıdarkən dərhal hökumətə müvafiq göstərişlər verdim. Düzdür, orada tikiləcək stansiyanın gücü cəmi 4,5 meqavat olacaqdır. Amma yenə də. Vasif Talıbov deyir ki, Şahbuza cəmi 7 meqavat elektrik enerjisi verilir. O da oradan veriləcəkdir. Düzdür, əlavə xərc tələb edəcək, amma biz bunu etməliyik.

Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir. Bizim büdcəmiz ilbəil artır. Bu ilin büdcəsi dəyişiklikdən sonra 1 milyard 600 milyon dollar səviyyəsindədir. Gələn il daha da artmalıdır. Mən hökumət qarşısında belə bir vəzifə qoymuşam ki, ciddi surətdə artmalıdır. Bunu etmək üçün imkan var, daxili mənbələr var. Yeni müəssisələr yaradılır, yeni zavodlar, fabriklər yaradılır. Onların hamısı vergi ödəməlidir. Azərbaycana böyük sərmayələr qoyulur. Gələn il bizim ümumi daxili məhsulumuzun artımı, haradasa, 12-13 faizdən yuxarı olmalıdır. Bu il təxminən 11 faizdir. Bu bizə imkan verəcək ki, büdcəmiz artsın. Belə olan halda vəsait də olacaqdır. Vəsait də gərək səmərəli işlədilsin. Yığılan vəsait, əldə olunan gəlirlər gərək, ilk növbədə, infrastrukturun yaranmasına, insanlarımızın daha da rahat yaşamasına, sosial məsələlərin həllinə sərf olunsun.

Düzdür, mən qeyd etdim ki, enerji sektorunda biz 1 milyard dollar dəyərində əhaliyə və müəssisələrə subsidiya edirik. Amma bu, həm də bizim niyyətimizi göstərir. Bu, təkcə sözdə deyil, əməldədir. Biz deyəndə ki, hər şey xalq üçün, millət üçün - bunun təzahürü məhz budur.

Mən bir daha demək istəyirəm ki, görüləcək işlər həm Naxçıvan, həm də Azərbaycan üçün çox vacibdir. Ümid edirəm ki, “Azəriqaz” və yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olacaqlar, nəzərdə tutulmuş qaydada bir il ərzində bütün görüləcək işlər yerinə yetiriləcək və Naxçıvan nəhayət, təbii qazla təmin olunacaq, tam şəkildə elektrik enerjisi ilə, işıqla təmin ediləcəkdir. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH